Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu bazarlarda bahalaşma gözlənilir –Açıqlama

 

2019-cu ilin fevralında avtomobil bazarı üzrə təklif partfelində avtomobillərin sayı 1738 ədəd olub, orta qiymət isə 48 120 manat təşkil edib.

Yenixeber.org: Bu sözləri “MBA Group” konsaltinq şirkətinin baş direktoru, ekspert Nüsrət İbrahimov deyib.

“Avtomobil bazarında fevral ayı ərzində qiymət artımı 8,75 faiz olub. Kiçik həcmli, yəni 2 litrə qədər olan avtomobillərin qiymətində 2,15 azalma olub. Mühərrik həcmi 2-3 litr arasında dəyişən avtomobillərin qiymətində 10 faiz, 3 litrdən böyük olan avtomobillərdə isə 7.8 faiz bahalaşma qeydə alınıb”, - ekspert bildirib.

N.İbrahimov daşınmaz əmlak bazarındakı ümumi vəziyyəti də dəyərləndirib:

“Təkrar mənzil bazarında fevral ay ərzində 1,72 faiz azalma, il ərzində isə 2,59 faiz artım olub. İlkin mənzil bazarında 1,16 faiz azalma, il ərzində 7,72 faiz artım olub. Torpaq bazarında ay ərzində 0,3 faiz, il ərzində 1,5 faiz artım qeydə alınıb. Mənzillərin kirayəsi bazarında ay ərzində 1,75 faiz, il ərzində isə 9,77 faiz bahalaşma baş verib”.

Ekspert obyektlərin satışı bazarında fevralda 0,67 artım, il ərzində isə 2,13 faiz azalma müşahidə edildiyini deyib:

“Obyektlərin icarəsi bazarında ay ərzində 3,43, il ərzində isə 12,09 bahalaşma baş verib. Həyət və bağ evlərində isə ay ərzində 4,41 faiz artım, il ərzində 5,22 faiz azalma qeydə alınıb. Tikinti materialları bazarında ay ərzində 0,17 ucuzlaşma, il ərzində isə 1,45 faiz bahalaşma olub”.

Ekspert il ərzində yaşayış və torpaq bazarında 5-6 faiz civarında bahalaşma gözlənildiyini bildirib:

“Artım əsasən yaz aylarında və ilin sonunda, yəni sentyabr, oktyabr, noyabr aylarında olacaq”.(axar)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam