Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Ermənistanda əks-inqilab havası:Kreml “düyməyə” basır, İrəvan qarışır

Qarabağ klanı Moskvanın “dobro”su, Köçəryanın başçılığı ilə hökumətə qarşı ayaqlanır; Paşinyan ətrafında həlqə daralır; Bakı üçün yeni Qarabağ fürsəti...

Yenixeber.org:  Ermənistanın sabiq prezidenti, Xocalı hərbi canisi Robert Köçəryanın ikinci dəfə həbsdən azadlığa, daha dəqiqi, zaminə buraxılması ilə düşmən ölkədə vəziyyət qarışıb. Nə qədər qəribə olsa da baş nazir Nikol Paşinyan bu dəfə ölkənin rəhbəri qismində xalqa müraciət edərək, kütləni etirazlara, məhkəmələrin işini tormozlamağa, hətta “ikinci inqilab”a çağırıb.

Paşinyanın hədəfi indi də Köçəryanın prokuror vəsatəti əsasında təzədən həbsə qaytarmaqdır. Çünki həm də Kremlin və Putinin sadiq adamı olan eks-prezidentin azadlıqda olması indiki hakimiyyətə real təhlükə deməkdir. Ən azından, Qarabağ klanının siyasi revanş üçün təzədən toparlanma şansı deməkdir. Çünki Köçəryan Qarabağ klanının əsas fiquru sayılır - istər mənəvi, istərsə də maddi planda.   

Köçəryanın üçüncü dəfə həbsinin mümkün olub-olmayacağı hələlik dəqiq deyil. Dəqiq olan odur ki, inqilabdan keçən 1 ildə Paşinyan məhkəmə-hüquq sistemində də ciddi islahat aparıb onu müstəqil edə, ən azından Qarabağ klanının təsirindən qurtara bilməyib. Fakt budur ki, Paşinyanın iradəsinə rəğmən, Köçəryanı Ermənistanda 1 mart 2008-ci il qətliamına görə həbsdə saxlamağa qadir cəsarətli hakim tapılmır.

Ancaq bunun məsuliyyəti yenə Paşinyanın üzərinə gəlir. Demək, hakimiyyət dayaqları 1 ildə elə də güclənməyib. Əksinə, belə görünür, inqilabçı baş nazir ətrafında halqa daralıb. Hər halda, təhlilçilər Köçəryanın həbsdən çıxmasını keçən bir ildə Paşinyana ən böyük zərbə və onun ilk ciddi məğlubiyyəti hesab edirlər.

Bako Saakyan vÉ Arkadi Qukasyanın ile ilgili görsel sonucu

Bu da diqqətçəkicidir ki, eks-prezident məhz Dağlıq Qarabağdakı separatçı rejimin indiki və keçmiş başçıları - bilavasitə Moskvaya bağlı olan Bako Saakyan və Arkadi Qukasyanın zəmanəti əsasında azadlığa çıxıb. Yəni Ermənistanın özündə Köçəryana, faktiki, “yiyə duran” olmayıb. Sadəcə, ürəkli hakim tapılmayıb. Paşinyan isə əmin idi ki, Köçəryan zindanda qalacaq. Hətta Şuşanın işğalının ildönümü ilə bağlı Qarabağda olarkən Saakyan və Qukasyanın zəmanət məktubuna sərt reaksiya vermiş, onlara “öz işləri ilə məşğul olmağı” məsləhət görmüşdü. Ancaq Qarabağ klanı güc gəldi...     

*****

“Bəs necə ola bilər ki, Köçəryana ikinci dəfə azadlığa çıxmaq müyəssər olur? Hakimiyyət təmsilçilərinə inqilab nəticəsində məhkəmə hakimiyyətinin müstəqil olduğunu söyləmək sərf edir. Ancaq hətta belədirsə də, o zaman inqilab nəinki dövlət sistemini, həm də və ilk növbədə məhkəmələrin keyfiyyətini və fəlsəfəsini dəyişə bilməyib”. Bu barədə 1in.am portalında erməni siyasi şərhçi Sərkis Arsruninin məqaləsində deyilir.

Bako Saakyan vÉ Arkadi Qukasyanın ile ilgili görsel sonucu

Müəllif yazır: “Aydındır ki, məhkəmələrin müstəqilliyi haqda söhbətlər boş şeydir. Hər halda, iş başında eyni hakimlərdir - hansılar ki, 1 il öncəyə kimi bütün qərarları cinayətkar-oliqarxik sistemin sifarişləri əsasında verirdilər. Bu gün heç nə dəyişməyib. Əgər Paşinyan hakimlərə göstəriş vermirsə, bu, heç də o demək deyil ki, onlar müstəqildir. Bizim hakimlər instinktiv olaraq qüvvələr nisbətini hiss edir və siyasi konyunkturadan çıxış edərək, qərar çıxarırlar. Əgər Köçəryan azadlığa çıxıbsa, bu, onu göstərir ki, hətta inqilabın qələbəsindən keçən 1 ildə də məhkəmə hakimiyyəti ölkədə yeni hakimiyyətin varlığını hiss eləmir, üstəlik, köhnə sistemin restavrasiya riskinin aradan qalxdığını düşünmür”.

Bu mənada müəllif hesab edir ki, məhkəmə hüquqa əsla dəxli olmayan siyasi qərar çıxarıb: “Bu, Köçəryanın azadlığa çıxması haqda olmaqdan daha çox, Nikol Paşinyan hakimiyyətinin yoxluğu haqda qərardır. Bu reallığı hakimiyyət ciddiyə almasa, o zaman ölkədə fors-major situasiyalar tezliklə qanunauyğun şəkil alacaq - özünün bütün nəticələri ilə birgə. Şübhəsiz, Köçəryan öz azadlığını özünün ”məğubedilməzliyi", Paşinyan hakimiyyətinin isə “yoxluğu”nun təzahürü kimi təqdim edəcək".

Belə fikir də var ki, həbsdən çıxan Köçəryan Moskvanın təlimatı ilə “Qarabağ klanı”nı yenidən öz ətrafında sıx birləşdirib Paşinyana qarşı hərəkətə keçəcək. Söhbət əks-inqilab hazırlığından gedir. Lakin bu yöndə Qarabağ klanına ən böyük maneə Paşinyanın hələ ki cəmiyyətdə yüksək olan reytinqidir. Qalır hərbi çevriliş variantı... 

*****

Bu arada “Freedom House”un xüsusi tədqiqatlar üzrə direktoru Neyt Şenken özünün twitter hesabında Ermənistandakı son olaylarla bağlı maraqlı status yazıb və Paşinyanı populist adlandırıb.  Həmin statusu təqdim edirik: “Post-inqilab Ermənistanı üçün təhlükə həmişə ondan ibarət idi ki, ölkəni sürətli şəkildə və ya davamlı olaraq transformasiya edə bilməyın Paşinyan populizmdən yapışacaq, hansı populizm ki, onu hakimiyyətə gətirib. Budur, artıq gəlib çatmışıq”.

Öz növbəsində politoloq Elxan Şahinoğlu hesab edir ki, Köçəryanın azadlığa çıxması ən əvvəl Qarabağ klanının gücünün göstəricisidir: “Ermənistanda bircə hakim tapılmadı ki, Köçəryanın həbs müddətini uzatsın. Çünki hakimlər Köçəryan və onun arxasındakı güclərin hazırki baş nazir Paşinyandan güclü olduğunu düşünür. Həmin hakim özünün və ailəsinin gələcəyini təhlükə altına atmamaq üçün belə qərar çıxarıb. Bu cür yalnız Köçəryanı həbsdən azad edən hakim düşünmür”.

Bako Saakyan vÉ Arkadi Qukasyanın ile ilgili görsel sonucu

Analitik ikinci səbəb kimi Rusiya amilinin Ermənistanda və Dağlıq Qarabağda gücünü göstərib: “Köçəryanın həbsi onun dostu - Rusiya prezidenti Vladimir Putini narahat edirdi. Putin bir neçə dəfə Paşinyana mesaj göndərmişdi ki, dostumu azad et. Paşinyan hər dəfə bunu qulaqardına vururdu. Ancaq məhkəmə qulaqardına vurmadı, Paşinyanın yox, Rusiyanın maraqlarını nəzərə aldı. Köçəryanın azad edilməsi həm də Putinin Paşinyan üzərində qələbəsidir. Üçüncüsü, Köçəryanın həbsdən çıxması Ermənistanda Paşinyanla Köçəryan arasındakı mübarizənin yeni və gərgin mərhələyə qədəm qoyacağını göstərir. Köçəryan ətrafında anti-Paşinyan qüvvələrini cəmləşdirəcək. Köçəryan iki gücün - Moskvanın və Xankəndindəki separatçıların dəstəyinə arxayındır”.

Politoloq onu da xatırladır ki, Rusiyanın İrəvandakı hərbi bazasındakı generalların və kəşfiyyat xidmətinin Ermənistan ordusundakı dostları az deyil: “Paşinyan cəmi 1 ildir hakimiyyətdədir və bu müddətdə orduda təmizlik işi apara bilməyib. Ona görə də ordudakı generallar da bir gün ona qarşı çıxa bilərlər”.

E.Şahinoğlunun fikrincə, Ermənistandakı son hadisələr Azərbaycanda 1990-cı illərin hadisələrini xatırladır: “O zaman erməni separatçıları Rusiyadakı havadarlarının dəstəyi ilə Azərbaycandakı siyasi xaosdan və hakimiyyət boşluğundan istifadə edərək torpaqlarımızı işğal etdilər. İndi biz də Ermənistandakı və Dağlıq Qarabağdakı hadisələri diqqətlə izləyib yaranan fürsətdən istifadə etməyə çalışmalıyıq”.

*****

Yeri gəlmişkən, İrəvanda qarışıqlığın başlaması ilə Azərbaycan ordusunun növbəti genişmiqyaslı hərbi təlimləri üst-üstə düşür. Nə bilmək olar, bəlkə elə işğalçı ölkədəki proseslər torpaqlarımızın güc yolu ilə azadlığına bir vəsilə, tarixi fürsət olacaq? Axı politoloqun da qeyd elədiyi kimi, ərazilərimiz məhz Azərbaycandakı siyasi qarışıqlıq zamanı düşmənin nəzarətinə keçib. Niyə də eyni şəkildə şansdan yararlanıb torpaqlarımızı geri almayaq? Təcavüzkar ölkədəki gərginlik Azərbaycan ordusunun yeni və uğurlu blits-hərbi əməliyyatları üçün unikal şans yarada bilər...  (Yeni Müsavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam