Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Köçəryan üçün son şans:Rusiya ilə əlaqə...

 

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan özünə Rusiya ilə yaxın əlaqələri olan britaniyalı lobbiçilər tutub.

Yenixeber.org: Bu barədə erməni jurnalist Qriqor Atanesyan yazıb.

Onun sözlərinə görə, Paşinyanla Makron arasındakı görüş ərəfəsində Avropanın iki nüfuzlu saytında Köçəryanın siyasi təqibə məruz qalması fikrini təlqin edən yazılar dərc olunub. Bunların arxasında isə Köçəryanın özünün pulla tutduğu Maykl Barel dayanıb.

Köçəryan “British lobbyist and former VP of Edelman” və “APCO Worldwide” şirkətlərinin köməyinə müraciət edib. Lobbi fəaliyyətini həyata keçirən bu şirkətlərin eyni zamanda “Qazprom” və rus oliqarx Andrey Melniçenko ilə əlaqələrinin olması maraq doğurub.

“Bu lobbiçilər kifayət qədər baha qiymətə və milyarder müştərilər üçün xidmət göstərirlər. Bu isə özünü ağır göstərən Köçəryanın astronomik məbləğlər xərclədiyini və korrupsiya razılaşmalarına batdığını sübut edir. Köçəryan və komandasının lobbiçilər qarşısında hansı tapşırığı qoyduğunu söyləmək çətindir. Hazırda eks-prezidentin ilkin vəzifəsi yenidən həbsxanaya qayıtmamaqdır. Digər tərəfdən isə Köçəryan yaxşı başa düşür ki, o əks-inqilabın revanşı nəticəsində məhkumluqdan yaxa qurtara bilər. İstənilən halda Paşinyanın Rusiya rəhbərliyinin və şəxsən Putinin məsələyə qarışmasına göstərdiyi reaksiya onu göstərir ki, Paşinyan ölkənin daxili-siyasi gündəmində dayanan məsələyə görə xarici müttəfiqlərinə güzəştə getməyəcək. Bundan əlavə Putinlə görüşdən sonra Paşinyan daxili-siyasi aksentləri daha da qətiləşdi. Bu isə onun ya Putinlə Köçəryan məsələsində razılaşdığını, ya da Putinin Ermənistanın daxili məsələlərinə qarışmamağa qərar verdiyini göstərib. Köçəryanın lobbiçilər tutmaq addımı keçmiş rejimin acınacaqlı vəziyyətindən xəbər verir. Xalq arasında heç bir dayağı olmayan rejim xilası özgə əllərdə axtarır. Ermənistanda əks-inqilab süquta uğrayıb və yalnız yeni 11-ci ordunun köməyinə ümid edə bilər”, - erməni jurnalist qeyd edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam