Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Üç Rusiya zabiti Suriyada belə öldürülüb...-Foto

 

“Novaya qazeta” Suriyada üç Rusiya zabitinin İŞİD terrorçuları tərəfindən qətlə yetirilməsinin təfərrüatlarını dərc edib.

Yenixeber.org: Qəzetin yazdığına görə Rusiya zabitlərinin olduğu UAZ avtomobili kalondan ayrılıb və İŞİD terrorçularının pusqusuna düşüb. Hərbçilər Deyr əz-Zor əyalətində yerləşən neft yatağı rayonunda Rusiya ordusunun müşahidə postunun yaradılması üçün getmişdilər.

Hərbçilərin öldürüldüyü barədə elə həmin gün-fevralın 22-də Rusiya və Suriya hərbçilərinin tərəfində döyüşən mənbədən məlum olub. Lakin qəzet hücum zamanı əsir götürülən hərbçilərin azad edilməsinə yönəlmiş mümkün danışıqları və ya əməlyyatı pozmamaq üçün məlumatı dərc etməyib.

Nəhayət ötən gün Rusiya Müdafiə Nazirliyi zabitlərin Suriyada öldürüldüyünü təsdiqləyib. Və qəzet təfərrüatları dərc etməyi qərara alıb.

Bildirilir ki, 928159 nömrə nişanlı UAZ Deyr-əz-Zor əyalətinin səhralıq ərazilərində pusquya düşüb. Maşında üç Rusiya hərbçisi (ikisi polkovnik, biri mayor) və onların tərcüməçisi, Suriya ordusunun polkovniki, Kuseyrdən olan xristian Monzer Luis olub.

 

Pusqu Əl-Mayadin yaşayış məntəqəsindən 40 kilometr məsafədə qurulub. Avtomobil güllələrdən deşik-deşik olmuş vəziyyətdə aşkarlanıb. Arxa və qabaq oturacaqlarda qan izi, yaxınlıqda qan gölməçəsi və iki zabitin hərbi ləvazimatının detalları aşkarlanıb. Qəzetin dərc etdiyi fotoya əsasən UAZ gülləbaran edilib, maşında olanların silahlarına əl atmaq və döyüşmək üçün heç bir saniyə də olsun vaxtı olmayıb.

Hesab edilir ki, UAZ-ın iki sərnişini yerindəcə ölüb, onların cəsədlərini hücum edənlər sağ qalan iki zabitlə birlikdə aparıb.

Məlumata görə UAZ Rusiya hərbçilərinin 6 maşından ibarət kalonunda hərəkət edirdi. Kalonda habelə pulemyotlarla təchiz edilmiş iki pikap yer alırdı. Lakin məlum olmayan səbəbdən UAZ kalondan ayrılıb və pusquya düşüb.

Hadisə yerində olanlar deyirlər ki, görünür rusiyalı zabitlər pusquya qəfil yaxalanıblar. Onlardan ikisi yerindəcə ölüb, qalan ikisi bir neçə saat sonra güllələnib. Rusiya Müdafiə Nazirliyi tezliklə zabitlərin xilas edilməsi üçün əməliyyata başlayıb. Terrorçuların səhrada mövqeləri aşkarlanıb və məhv edilib. Həmin dəstə həlak olan zabitlərin cəsədlərini də tapıb götürüb.

Ehtimal olunur ki, Rusiya zabitlərinin olduğu UAZ barədə İŞİD-çilərə Suriya hökumət qüvvələrinin tərəfində döyüşən, əvvəllər terrorçu qruplaşmaların tərkibində yer alan hansısa mənbə məlumat ötürüb. Digər mənbə isə məlumatın İrana bağlı qruplardan ötürülə biləcəyini deyib.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam