Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Trampdan XƏBƏRDARLIQ...

Tramp İranda yeni rəhbər axtarmağın vaxtı olduğunu deyib
“İranda yeni rəhbərlik axtarmağın vaxtıdır və Ayətullah Əli Xameneinin 37 illik hakimiyyətinə son qoyulmalıdır”.

Yenixeber.org: Bunu “Politico”ya açıqlaması zamanı ABŞ prezidenti Donald Tramp deyib.

Son üç həftədə ölkə üzrə minlərlə etirazçının öldürüldüyünü deyən Tramp, buna görə də ölkə rəhbərliyini hərbi müdaxilə ilə hədələdiyini xatırladıb. O, əvvəlcə iranlıları etirazları davam etdirməyə çağırsa da, daha sonra qətllərin dayandırıldığı barədə məlumat aldığını bildirib.

Tramp, İranın ali lideri Əli Xameneinin 800-dən çox insanın edam edilməməsi ilə bağlı verdiyi qərarı “ən yaxşı qərar” adlandırıb.

Tramp onu da bildirib ki, rəsmi Tehran ölkəni zorakılıq və repressiya ilə idarə edir, ölkəni məhv edir və minlərlə insanın öldürülməsinə səbəb olur. O vurğulayıb ki, liderlik qorxu və ölümlə yox, hörmətlə olmalıdır.

“Bu adam xəstədir. O ölkəsini düzgün idarə etməli və insanları öldürməyi dayandırmalıdır. Onun ölkəsi insanların yaşaması üçün dünyanın ən pis yeridir. Çünki liderlik zəifdir”, - Tramp əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam