Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Xamenei İranda siyasi gücləri birləşdirmək üçün incə və kəskin oyuna başlayıb:ilk hədəf prezident Həsən Ruhanidir – Təhlil

 

Sergey Şəkəryants

regnum.ru, 04.03.2018

 

Yenixeber.org: İran prezidenti Həsən Ruhani fevralın sonunda ölkənin dövlət siyasətinin açar məsələləri üzrə ən yaxın gələcəkdə referendum keçirməyi təklif edib. Həm Qərbdə, həm də Rusiyada Ruhaninin ilk baxışdan qəribə bəyanatını şərh edərək nədənsə İranın fəaliyyətdəki prezidentinin demarşını “islahatçı adı” və dekabrın sonu, yanvarın əvvəlində “bu yaxınlardakı etirazlarla” əlaqələndiriblər.

Bununla belə, ekspertlərin əksəriyyəti bu bəyanatı gözlənilməz adlandırıb, çünki Ruhani İranın “referendumun islam inqilabi rejiminin siyasi taleyini müəyyən etməli olduğunu” hesab edən hüquq müdafiəçiləri və alimləri qrupu tərəfindən dəstək tapır. Lakin prezidentin özü Konstitusiyanın prioritetini, yəni İslam respublikasının saxlanmasını hər cür vurğulayır.

İngiltərənin “The Guardian” nəşri sitat gətirir: “İslahatçılar, mühafizəkarlar və konstitusiyanı qəbul edənlər daxil olmaqla bu gün bizə hamı lazımdır ki, ölkənin inkişafı və tərəqqiyə nail olaq… Biz hansısa məsələylə razı deyiliksə, 59-cu maddəyə (İİR-də referendumların keçirilməsi haqda maddə-tərc.) müraciət etməliyik”.

Rəylərdən biri bundan ibarətdir ki, rəhbərin – İslam inqilabının Ali lideri, ayətullah Seyid Əli Hüseyni Xameneinin sağlamlıq durumu növbəti dəfə sual altına qoyulur. Ayətullahın varisliyinə iddiaçılar daha iddialarını və Xameneinin özünün Ruhanini dəstəkləyə biləcəyi gözləntilərini gizlətmirlər. Çünki özünün İİKK zabitlərini iqtisadi tərkib və s.-dən məhrum etmək niyyətinə düşüb.

Bu fikir də var ki, əksinə, ayətullah referenduma qarşı çıxacaq ki, şiə ruhanilərin ali iyerarxiyasının “dar çevrəsi”nin hakimiyyəti prezidentin, parlamentin, bir də orduyla İİKK-in səlahiyyətlərindən dəfələrlə yuxarı olduğu durum dəyişilməsin.

Bununla belə, Ruhani öz bəyanatları ilə sanki İrandakı qəliz daxili siyasi prosesi mürəkkəbləşdirəcək. Amerikanın bir sıra qaynaqları (məsələn, “The Atlantic”)bununla bağlı ideya irəli sürüb ki, “İranın arzuolunmaz və yaxud özü üçün təhlükəli daxili amilləri aradan qaldırmaqdan ötrü bütün resurslara sahib olan güc strukturları ölkədə yaranan mürəkkəb durumdan istifadə edə bilər”.

Bunda nə var ki, necə deyərlər, hər şey mümkündür. Amma Ruhanidən uyuq – İran paqonluları üçün qıcıqlandırıcı düzəltməyinə və xüsusən də Ruhaninin İranın “islahatçı” kimin tanınmış başqa prezidentlərilə tutuşdurmağına dəyməz. Prinsipcə,Ruhaninin özü də İrann paqonluları ehramının ayrılmaz tərkib hissəsidir. Buna əmin olmaq üçün yada salmaq yetər ki, O, İran-İraq savaşına şəxsən qatılıb, İranın çağdaş paqonlularının çoxu isə məhz həmin savaşda şəxsi iştiraka görə, necə olsa da, ilk rollara irəli sürülüb.

Ayətullah Xomeyninin qatı tərəfdarı və deməli, İslam respublikasının əqidəli ardıcılı bir zamanlar Qum seminariyasında – şiələrin müqəddəs ocağında təhsil alıb, müharibə vaxtı İran HHQ-nin baş komandanı müavini postuna qədər yüksəlib (və 1986-1991-ci illərdə İran HHQ-nin baş komandanı olub-tərc.). Müharibə bitəndən sonra Həsəni “Fəth” və “Nəsr” medallarıyla təltif ediblər. Təxminən, həmin vaxt Ruhaniyə İran kəşfiyyat naziri postunu təklif ediblər. O bu təklifi rədd edib, amma bu sahədə də bir qədər işləməyə macal tapıb. Ruhani Ali Milli Güvənlik Şurası (AMGŞ) yaradılandan dərhal sonra əvvəlcə Xomeyninin şəxsi təmsilçisi, sonra isə birinci katibi olub. O, son vəzifəni 1989-2005-ci illərdə 16 il boyunca tutub. Hər şeydən savayı, Ruhani katib kimi nüvə proqramı məsələsi üzrə beynəlxalq danışıqlara sorumluydu. Mətbuat hətta ona “şeyx-dipolomat” ayaması vermişdi. Lakin Ruhani nazir vəzifəsində olmasa da, hər halda İran kəşfiyyat birliklərinə də başçılıq edib. O, 1980-ci ildə parlamentə düşərək 20 il ərzində orada işləyib, spiker müavini, eləcə də güvənlik üzrə komitə sədri işləməyə macal tapıb və İranın bütün kəşfiyyatları ona tabe olub. Belə ki, əsil paqonludur.

Sonra. Fəaliyyətdəki rəhbər Xameneidən “varisliyə vaxtsız həmlə” baş verdiyi güman edilsə, onda, bir tərəfdən, uyğun namizədin bütün “elementləri” sanki göz qabağındadır: həm qatı inqilabçıdır, həm də Qumda təhsil alıb. Müharibədə də iştirak edib. Həm də 1999-cu ildə Kaledon universitetində dövlət hüququ sahəsində fəlsəfə doktoru elmi dərəcəsi alıb. Və məhz İslam hüququ və İslam qanunvericiliyi hakimiyyəti sahəsində avtoritet sayılır. Ancaq bir “əmma” var. Prezident Ruhaninin doğma qardaşı, İran prezidentinin nüvə proqramı üzrə özəl elçisi Hüseyn Fəridun 2017-ci ilin iyulunda maliyyə cinayətlərində şübhə üzrə həbs olunub. Və indiyədək dustaq və istintaq altındadır. Bu, anlamaq üçün yetərlidir – çətin ki, Ruhaninin demarşını İranda nəyisə “qərbləşdirmək”də gerçək niyyətlə bağlı olsun, hələ artıq ayətullah Xameneinin yerini tutmaq iddiasını demirik. Yeri gəlmişkən, Xamenei ahıl yaşına baxmayaq hələlik ölməyə hazırlaşmır – bu sətirlərin müəllifi 2017-ci ilin fevralında İran parlamentində Ali lideri şəxsən görüb. Kağızsız çıxış edir, inamla və qəti səslə danışır, fikirləri ardıcıl, ifadələri şərqsayağı yığcam və məntiqlidir, olduqca cəld və inamla, kənardan kömək olmadan hərəkət edir. Sağlamlığında problemlər var, amma bu, son dərəcə mürəkkəb, ekstremal çətinlik və gərginliklər içində olan ölkəyə rəhbərlik üçün maneə deyil.

 

Keçmiş prezident Əhmədinejadın məktubu

 

Əminik ki, Ruhani demarşının başlanğıcını İran prezidentinin bəyanatının səslənməsindən bir neçə gün qabaq İranın başqa bir dövlət xadimi tərəfindən baş vermiş … demarşında aramaq lazımdır. Söhbət ölkənin keçmiş prezidenti Mahmud Əhmədinejad haqqındadır. KİV-lərin bu haqda məlumatı cüziydi. Hamısı əsasən Türkiyəninn fevralın 22-də Əhmədinejadın İral Ali liderini “siyasi böhranı dayandırmaq”,erkən prezident və parlament seçkiləri keçirməyə, sanksiyasız etiraz mitinqlərinə qatılmağa görə həbsxanalara salınan bütün dustaqları buraxmağa və s.-ə çağırdığından xəbər verən “Anadolu” yarıdövlət agentliyinə əsaslanıb. Əhmədinejad həmçinin ölkə məhkəmə sisteminin islahatına çağırıb. O, hesab edir ki, bu cür addımlar siyasi islahatların davamı üçün zəruridir.

Belə çıxır – vəziyyət elədir ki, şərti “mühafizəkar” islahatların zərurətindən danışır, opponentlərin erkən seçkilər tələb etdiyini eşidən Ruhani isə  sadəcə reaksiya verir və müdafiə olunur. Keçmiş prezident Əhmədinejadın öz tələblərini məhz necə qoyduğunun burada önəmi var. Məlum olur ki, bu, rəhbər Əli Xameneinin adına məktub imiş. Qeyd edək ki, İranın özündə Ruhaninin bəyanatları və Əhmədinejadın tələblərinə münasibət müxtəlifdir və məhz keçmiş prezidentin baxış nöqtəsi daha çox mübahisə və müzakirə doğurub. Əlbəttə, Ruhaninin bəyanatları da, amma xeylıi sakitliklə müzakirə olunur.

Budur, Əhmədinejadın, görünür, məhz ayətullah Xameneinin özünün qərarıyla elan edilməsinin necə baş tutduğunu anlamağa imkan verən məktubundan sitat:“Əlbəttə, Keşikçilər  Şurasının çalışmaları, hərbçilər və təhlükəsizlik institutlarının iştirakı olmadan prezident və parlament seçkilərinin təcili və azad keçirilməsi…” Və Əhmədinejad bütün bunları “təxirəsalınmaz zərurət” adlandırır. Əvvəlcə bu məktuba ayətullah Xameneiyə yaxın sayılan ISNA agentliyi reaksiya verib, sonra IRNA dövlət agentliyi bunu dubl edib  -özü də cavaba imza qoyulmayıb, ola bilsin, redaksiya şurasının cavabıdır. Bu cavabdan öyrənirik ki, sən demə, məsələ daha qəlizmiş – “Prezident Mahmud Əhmədinejad, Məqsəduyğunluq üzrə Şuranın keçmiş və indiki üzvləri bir neçə gün əvvəl Ali liderin  adına açıq məktubda…”, sonra isə yuxarıda məlumat verdiyimiz əsas tələblər gəlir.

Mahmud Əhmədinejad

 

Beləliklə, bu, sadəcə, keçmiş prezident Əhmədinejadın mövqeyi deyil, qoy hamısı olmasa da, “Məqsədəuyğunluq Şurasının keçmiş və indiki üzvlərinin” çoxu bu cür düşünür. İran hakimiyyət iyerarxiyasındakı bu dövlət qurumunun nə olduğunu bir daha xatırlatmağa məcburuq. İranın Mehr News resursunun 2017-ci il avqustun 14-də xəbər verdiyi kimi, ayətullah Xamenei beşillik dövrə, yəni 2022-ci ilədək Məqsədəuyğunluq üzrə Şuranın yeni tərkibini təyin edib. İran lideri 2017-ci ilin yanvarında Seyid Mahmud Haşimi Şahrudini Məqsədəuyğunluq üzrə Şuranın sədri təyin edib və general, doktor Möhsün Səbzəvar Rzaini yenidən Şuranın baş katibi qoyub. Siyasi məqsədəuyğunluğun müəyyən edilməsi üzrə Şura son dərəcə önəmli dövlət institutudur. İİR Konstitusiyasına əsasən, bu Şura Ali lider yanında məşvərət, qurumudur, habelə Məclislə Konstitusiya Keşikçiləri  Şurası arasındakı mübahisəli məsələləri həll edir. Xarici və daxili siyasətin əsasları məhz Məqsədəuyğunluq üzrə Şurada formalaşdırılır, həmçinin təkcə qanunvericilik deyil, həm də məhkəmə hakimiyyətinin bir sıra fəaliyyət sahələrinin yönü müəyyən olunur. Axı elə həmin Konstitusiya Keşikçiləri Şurası ölkə konstitusiyasına düzəlişlər etmək, ali dövlət vəzifələrinə namizədləri, o cümlədən prezidenti və s.-i təsdiqləməkdə müstəsna hüquqa malikdir. Bundan başqa, Məclisin fəaliyyətinə göz qoymaq da şuranın səlahiyyətlərinə daxildir. Şuranın istənilən qanun layihəsinə veto qoymaq və yenidən işlənmək üçün parlamentə qaytarmaq hüququ var. Bu mühüm quruma məhz Məqsədəuyğunluq üzrə Şura göz qoyur və yönəldir.

 

Bütün iplər Xameneiyə aparır

 

Məqsədəuyğunluq üzrə Şuranın bütünlükdə 37 üzvündən yalnız Məcid Ənsari – hüquqi məsələlər üzrə İİR-in keşmiş vitse-prezidentini (2016-cı il 12 iyuldan 2017-ci il avqustun 9-a qədər) dəlillə şərti “islahatçı” adlandırmaq mümkündür. Yəni “təcili” erkən prezident və parlament seçkiləri haqda məktub, sadəcə, ayətullah Xameneinin təqdiri olmadan üzvləri müəyyən edilməyən qurumun qərarıdır. O cümlədən Əhmədinejad məhz İran rəhbərinin qərarıyla məqsədəuyğunluq üzrə Şuranın tərkibinə daxil edilib. Bir daha vurğulayırıq – 30-35%-ə yaxını keçmiş, həm də çox yüksəkçinli hərbçilər olan Şura üzvlərinin 90%-i mühafizəkardır. Onlar və keçmiş prezident qorxu və riskdən müstəqil hərəkət ediblər, yoxsa öz demarşlarını (belə çıxır ki, Ruhani və administrasiyasına qarşı) rəhbər Əli Xameneinin özüylə razılaşdırıblarmı – çətin ki, bunu ən yaxın gələcəkdə öyrənə bilək. Lakin ISNA/IRNA-da Əhmədinejad və Şura üzvlərinin məktubu ətrafında başlanan tənqidə qayıdaq.

ISNA-nın redaksiya şurası etiraf edir ki, Əhmədinejada verilməli olan “bir neçə kədərli sual” var, çünki o, səkkiz il boyunca konstitusiyaya birbaşa sorumlu olmuş şəxsdir. Məsələ burasındadır ki, erkən prezident və parlament seçkiləri, sadəcə, Konstitusiyada nəzərdə tutulmayıb. Prezident seçkiləri halında “istisnasız otuz bir prinsipinə uyğun olaraq prezidentin ölümü, işdən azad edilmə, istefa, olmamağı və yaxud iki aydan artıq xəstəliyi zamanı ölkə rəhbərliyinin razılığıyla onun vəzifələrini vitse-prezident icra edir”. Və yalnız sonra, ən yuxarısı, 50 gün ərzində yeni prezident seçkiləri təyin olunur.

Sonrası – sərt cavabdır: “Konstitusiyanın 100-cü maddəsinin 10-cu bəndinə,  ölkə maraqlarına uyğun olaraq Ali Məhkəmənin qərarından sonra prezidentin işdən azad edilməsi onun hüquqi öhdəliklərini dayandırır və İslam məşvərət assambleyasında səsdən məhrum edir. Onun qeyri-adekvatlığı rəhbərliyin səksən doqquz səlahiyyəti prinsipi əsasında müəyyən olunur. Buna görə də erkən seçkilər haqda rəhbərə tələb heç harada müzakirə olunmayıb. Bundan başqa, azad və demokratik, indiki hökumətə və parlamentə güvənənlərin səslərinə faktiki olaraq etinasızlıq edən seçkilərə vurğu aşkar ziddiyyətdir və bu iki tələb heç bir arqumentlə əlaqələndirilə bilməz”. Əhmədinejadın məqsədəuyğunluq üzrə Şuraya namizədliyini şəxsən İran rəhbəri Əli Xameneinin tövsiyə etdiyi və bu Şuranın tərkibini onun təsdiqlədiyi bilinməsəydi, onda imzaçıların məktubu erkən istefa təhlükəsidir. Amma qarşımızdakı Avropa, Amerika və Rusiya da deyil, İrandır.

İmzaçılar sonra bunda ittiham olunur ki, onlar “son illərin seçkilərinin adamlar üçün seçim azadlığı olmadan hərbçilərin və güvənlik institutlarının iştirakıyla layihələşdirildiyi”nə işarə vururlar. Sonra məhkəmə sisteminin islahı və s. haqda tələb və Əhmədinejadın qeyd-şərt etdiyi (“Əgər bütün bunların hakimiyyətə qayıtmaq üçün olduğunu düşünürsünüzsə, heç vaxt hakimiyyətlə toqquşmamağı öhdəmə götürürəm – bir şərtlə ki, bu, yerinə yetiriləcək”)xatırladılmaqla sual qoyulub: bəs Əhmədinejadın özü iki müddətə prezident olarkən bu cür (islahatların gərəkliyi haqda) düşünürdümü, yoxsa hər şey onu qane edirdi?

İranın sosioloq eksperti, junrnalist və keçmiş “islahatçı” siyasətçi Abbas Əbdi bir neçə gündən sonra  Əhmədinejadın şərti və məqsədəuyğunluq üzrə Şura üzvlərinə, yəni rəhbər Əli Xameneiyə də cavab verməyə cürət edib. Özü də mexanika eynidir – əvvəlcə ISNA agentliyi, sonra isə IRNA dövlət agentliyində dublyaj. Əbdi, görünür, İran Ali lideriylə razılaşdırılmış cavabında Əhmədinejadın təkcə birinci dərcinin mövzusunu təkrarlamır, həm də onun şəxsi keyfiyyətlərini kəskin tənqid edir – guya özünəvurğun və heç nəyə diqqət yetirməyəndir. Lakin “islahatçı” Abbas Əbdinin cavabının sonluğu maraqlıdır, amma nəticə məhz Əhmədinejadın məktubu üzrədir: “Əhmədinejadın məktubu Əbdül Qadirin  peyğəmbərliyindən qaynaqlanır”.

Hekayət sadədir: “Köhnə tanışım iki il qabaq Cənubi Hindistana Banqalor ştatındakı Nissur şəhərinə sufiləri və dərvişləri öyrənmək üçün yollanıb ki, bu da məktubla bağlı çox önəmlidir. Əbdül Qadir adında məşhur bir sufi var. Onlar rastlaşırlar və Qadir İran rəhbərləyinin sonunu xəbər verir. O, keçmiş hökumətin nəzəriyyəçisinin (yəni Əhmədinejadın-tərc.) birbaşa müəllimidir və bu öncədeyim haqda ona konkret məlumat verib. Görünür, anladınız ki, müxalifətin bayrağı yerə düşsə, o onların birbaşa davamçısı olacaq! Əlbəttə, ən son müddət bitib və ehtimal ki, bu, yerinə yetiriləcək…”.

Hindistan sufusi haqda “peyğəmbərliyin” nağılmı, hekayəmi olduğuna girişməyəcəyik, lakin Tehrandakı son toqquşmaları və İranın “Honabadi” sufi dərviş təriqətinin, təxminən, üç yüz üzvünün həbsi nəzərə alınsa, İranın özündə bu amillərə ciddi yanaşırlar. Onda belə çıxır ki, məhz rəhbər Əli Xameneinin özü məqsədəuyğunluq Şurasının tərkibi, hətta “islahatçı” Abbas Əbdi vasitəsilə Ruhaniyə “xəbərdarlıq xatırlatması” edərək fəaliyyətdəki prezidentə təzyiq göstərir. Və o, reaksiya verir. Bununla belə, ekspertlər cəmiyyəti onun bəyanatını incələyərkən bilə-bilə və yaxud göz yetirmədən əsas məsələni görmür:“İslahatçılar, mühafizəkarlar və Konstitusiyanı tanıyanlar daxil olmaqla bizə hamı lazımdır”.

Biz bu qayda ilə təkcə guya “qarşı duran düşərgələr”dən islahatlar haqda çağırışların şahidi olmuruq. Xeyr, bu, İİR Ali lideri Əli Xameneinin İranın daxili-siyasi həyatının bütün komandalarını təkcə İİR Konstitusiyasının deyil, həm də şiəliyin gizli özəkləri və bütün İran dövlətçilyi ətrafında birləşdirmək qəsdilə incə oyunu və manipulyasiyalarının aralıq nəticəsidir.

Tərcümə Strateq.az-ındır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam