Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

"Qrenlandiya “Qızıl Günbəz” müdafiə sistemi üçün həyati əhəmiyyətə malikdir"

Tramp: Qrenlandiya “Qızıl Günbəz” müdafiə sistemi üçün həyati əhəmiyyətə malikdir
Qrenlandiya ABŞ-a milli təhlükəsizlik məqsədi üçün lazımdır.

Yenixeber.org: Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social”da bildirib.

ABŞ Prezidenti bəyan edib ki, Qrenlandiya “Qızıl Günbəz” müdafiə sistemi üçün həyati əhəmiyyətə malikdir: “NATO bu yolda liderlik etməlidir. Biz bunu etməsək, Rusiya, ya da Çin bunu edəcək”.

Trampıb sözlərinə görə, bu, baş verməyəcək.

“Hərbi nöqteyi-nəzərdən yanaşsaq, mənim ilk prezidentlik dövrümdə ərsəyə gətirdiyim və indi də daha yüksək səviyyəyə qaldırdığım ABŞ-ın böyük hərbi dəstəyi olmasa idi NATO effektiv güc və çəkindirici qüvvə ola bilməzdi - heç buna yaxınlaşa bilməzdi də. Onlar bunu bilirlər, mən də bilirəm. NATO Qrenlandiyanın ABŞ-ın əlində olması ilə daha möhtəşəm və effektiv olacaq. Bundan az olan hər bir şey bizim üçün qəbuledilməzdir”, - Tramp qeyd edib.

Qeyd edək ki, ABŞ-ın yeni nəsil hava və raketdən müdafiə sistemi olan “Golden Dome” (Qızıl Günbəz) 2028-ci ildə istifadəyə veriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam