Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Trampdan İrana sərt XƏBƏRDARLIQ

Ağ Ev rəhbəri Donald Tramp İran hakimiyyəti bu həftə hökumət əleyhinə etirazçıları edam etməyə başlayarsa, “çox sərt tədbirlər” görəcəyinə söz verib.

Yenixeber.org: Onun sözlərini “CBS News” sitat gətirib.

“Əgər onlar belə bir şey etsələr, biz də çox sərt tədbirlər görəcəyik”,-  Tramp Amerika media proqramında bildirib.

Amerika lideri həmçinin iki həftədən çox davam edən nümayişlər zamanı ölən “kifayət qədər çox sayda” insanın olduğunu da bildirib.

CBS həmçinin xatırladır ki, çərşənbə axşamı ABŞ prezidenti sosial mediada İran rəsmilərinin hər hansı bir zorakılığa görə “ağır bədəl ödəyəcəkləri” barədə xəbərdarlıq etmiş və İran vətəndaşlarına “kömək yolda” olacağına söz vermişdi.

Tramp həmçinin bildirib ki, qətllər dayandırılana qədər İran rəsmiləri ilə bütün görüşləri ləğv edəcək.

Xatırladaq ki,  bundan əvvəl İran KİV-ləri yazmışdı ki, sürətli məhkəmə prosesi nəticəsində İrandakı iğtişaşların təşkilatçılarının ilk qrupu çərşənbə günü edam ediləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam