Redaktor seçimi
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Günün xəbəri

2025-ci ilin Nobel mükafatı Stokholmda laureatlara təqdim edilib -FOTO

2025-ci ilin Nobel mükafatı Stokholmda laureatlara təqdim edilib
Nobel mükafatı laureatlara təqdim edilib

Yenixeber.org: İsveçin paytaxtı Stokholmda Nobelin builki laureatlarına mükafatlar təqdim edilib.

APA xəbər verir ki, mərasim “Stockholm Concert Hall”da keçirilib.

2025-ci ilin Nobel mükafatı kimlərə təqdim edilib?

Qeyd edək ki, oktyabrın 6-da tibb üzrə Meri E. Brunkou, Fred Ramsdell və Şimon Sakaquçi, 7-də fizika üzrə Con Klark, Mişel H. Devore və Con M. Martinis, 8-də kimya üzrə Susumu Kitagava, Riçard Robson və Omar M. Yaqi, 9-da ədəbiyyat üzrə Laszlo Krasznahorkai 2025-ci ilin Nobel mükafatı laureatları elan edilib. Oktyabrın 13-də isə Alfred Nobelin xatirəsinə İqtisadi Elmlər üzrə "Sveriges Riksbank" mükafatının laureatları Joel Mokir, Filippe Aghion və Peter Houitt elan edilib.

Nobel Sülh mükafatı Olsoda təqdim edilib

Bu gün Norveçin paytaxtı Olsoda isə Nobel Sülh mükafatının builki laureatı Venesuela siyasətçisi, müxalifət lideri və insan haqları müdafiəçisi Maria Korina Maçadonun mükafatı qızı Anna Korina Maçadoya təqdim edilib. Norveç Nobel Komitəsi oktyabrın 10-da Nobel Sülh mükafatının Maria Korina Maçadoya verilməsi barədə qərar qəbul edib.

Laureatlar Nobel mükafatına niyə görə layiq görülüblər?

Meri E. Brunkou, Fred Ramsdell və Şimon Sakaquçi periferik immun tolerantlığı ilə bağlı kəşflərinə görə, Con Klark, Mişel H. Devore və Con M. Martinis elektrik dövrəsində makroskopik kvant tunelləşməsi və enerji kəmiyyətləşdirilməsinin kəşfinə görə, Susumu Kitagava, Riçard Robson və Omar M. Yaqi metal–orqanik çərçivələrin inkişafına görə, Laszlo Krasznahorkai apokaliptik qorxu fonunda incəsənətin gücünü təsdiqləyən, təsirli və vizioner yaradıcılığına görə, Maria Korina Maçado isə Venesuela xalqının demokratik hüquqlarını təşviq etmək istiqamətində yorulmaz fəaliyyətinə və diktaturadan demokratiyaya ədalətli və sülh yolu ilə keçid uğrunda apardığı mübarizəyə görə layiq görülüblər.

Nobel mükafatı hər il Alfred Nobelin anım günündə laureatlara təqdim edilir

Qeyd edək ki, mərasim hər il 1896-cı il dekabrın 10-da vəfat edən Alfred Nobelin anım günündə keçirilir. Nobelin vəsiyyətinə uyğun olaraq, Sülh mükafatı Osloda, digər bütün mükafatlar isə Stokholmda təqdim edilir.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam