Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Kiyev güclü atəşə tutuldu -Yanğınlar var...

Dekabrın 6-na keçən gecə Rusiya qoşunları Kiyev vilayətinə hava hücumu həyata keçirib.

Yenixeber.org: Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin yaydığı məlumata görə, gecəboyu Kiyev vilayətinin Fastov, Vışqorod və Buça rayonları Rusiya tərəfindən güclü atəşə tutulub. Üç nəfər yaralanıb.

Fastovda yanğınlar baş verib, dəmiryol vağzalı və avtobazaya ziyan dəyib.

Novi Petrovtsi kəndində pilotsuz uçan aparatların qalıqları 5500 kvadratmetrlik anbarda yanğına səbəb olub. Həmçinin bu kənddə 3 yük maşını yanıb, yaşayış binası dağılıb, daha 6 evə ziyan dəyib.

Buça rayonunun Nejloviçi kəndində yanğın baş verib və fərdi yaşayış evi yanıb.

Hücumun nəticələrinin aradan qaldırılması üçün səylər davam edir.

Rusiya Kiyevi bombaladı



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam