Pokrovsk da işğal edildi...

Rusiya ordusunun hərbçiləri Donetsk vilayətinin Pokrovsk şəhərinin mərkəzinə daxil olub.
Yenixeber.org: Bu barədə "DeepState" monitorinq qrupu məlumat yayıb.
"Təəssüf ki, şəhərin mərkəzi hissəsində işğalçıları göstərən getdikcə daha çox video ortaya çıxır. Bu dəfə onların qrupu Mira prospekti boyunca şimaldan cənuba doğru hərəkət edərək şəhərin xarabalıqlarını və yerli müəssisələri sənədləşdirir", -deyə məlumatda qeyd olunur.
Bildirilir ki, hava şəratinin də əlverişli olması rusların şəhərin mərkəzində hərəkətini daha da asanlaşıdırır.









AZ
RU