Rusların uğurları deyil, itkiləri artır, təssüf ki...
Rusiya qoşunları Donetsk vilayətinin Pokrovsk şəhərində təzyiq göstərməyə davam edir. Düşmən zirehli və yüngül zirehli texnikadan istifadə edir.
Yenixeber.org: Bunu Ukraynanın “Azadlıq Gücü” 4-cü batalyonunun komandir müavini, mayor Vladimir Nazarenko deyib.
O qeyd edib ki, şəhərdə vəziyyət çox çətindir:
“Əslində, əksər hallarda onların uğurları deyil, itkiləri artır. Təəssüf ki, düşmən bu itkilərlə barışır — təkcə canlı qüvvədə deyil, həm də texnikada, sursatda və artilleriya silahlarında”.
O bildirib ki, düşmən kiçik qruplarla fəaliyyət göstərir: “Əsasən, düşmən qüvvələri aşkarlanır və məhv edilir”.









AZ
RU
