Fransua Bayru istefa ərizəsini Prezident Emmanuel Makrona təqdim edib
Yenixeber.org: Sentyabrın 9-da axşam saatlarında məlum olub ki, ölkənin müdafiə naziri Sebastian Lekornu Fransanın yeni Baş naziri olub. Sentyabrın 9-da Fransanın Baş naziri Fransua Bayru istefa verib.
Həmin gün o Parisdəki Yelisey Sarayına gələrək, istefa ərizəsini Prezident Emmanuel Makrona təqdim edib.
Xatırladaq ki, bundan əvvəl Fransa Prezidenti Emmanuel Makronun bazar ertəsi hökuməti parlamentdən etimad səsi almayan Baş nazir Fransua Bayruya xələf təyin etmək niyyətində olduğu barədə məlumat yayılmışdı.