Rusiyanın Stavropol şəhərində Azərbaycan vətəndaşı saxlanılıb.
Yenixeber.org: Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.
FTX onun Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə Yessentuki və Stavropol şəhərlərində hüquq-mühafizə orqanlarının binalarına və nəqliyyat infrastrukturuna terror aktları hazırladığını iddia edib.
FTX-nin iddiasına görə, həmin şəxs könüllü olaraq Rusiyada qadağan olunmuş Ukrayna terror təşkilatına qoşulub.
FTX həmçinin onun təxribat və terror aktları törətmək üçün bir sıra obyektlərdə ətraflı kəşfiyyat apardığını iddia edib.
Həmin şəxsə qarşı terror aktına hazırlıq maddəsi ilə cinayət işi açılıb.