Tramp Putini heyran etməyə çalışdı
ABŞ Prezidenti Donald Tramp Alyaskada keçirilən sammitdə rusiyalı həmkarı Vladimir Putinə beynəlxalq səhnəyə möhtəşəm qayıdışını təmin edib.
Yenixeber.org: Bu barədə "Tribune de Genève" məlumat yayıb.
Qəzet Amerika prezidentinin rusiyalı həmkarını heyran etmək istəyini də qeyd edib:
"Bunu Putinin tam geyimli hərbi qulluqçularla, B-2 strateji bombardmançı və döyüş təyyarələrinin də daxil olduğu dəbdəbəli qəbulundan görmək olar".