Redaktor seçimi
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Günün xəbəri

Ermənistan Prezidenti Zəngəzur dəhlizinin açılmasını istəyir -RƏSMİ

ermenistan-prezidenti-zengezur-dehlizinin-acilmasini-isteyir

“Sünik Ermənistanın gələcək inkişafı üçün qapıya çevriləcək”.

Yenixeber.org: Bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan bu gün Sünikdə keçirilən müşavirədə deyib.

“Əgər biz Sünikin qapılarını aça bilsək, mən 43 kilometrlik imkanları (Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizi – red) nəzərdə tuturam, o zaman əmin ola bilərsiniz ki, gələcək bizə inkişaf üçün böyük imkanlar verəcək”.

Sülh yollarının kəsişməsini beynəlxalq ictimaiyyət tərəfindən çox yaxşı qarşılandığını bildirən Xaçaturyan qeyd edib ki, bu, hər kəs üçün çox cəlbedicidir:

“Biz böyük bir kəşf etməmişik, amma mövcud reallığı masaya qoyuruq və bu imkanları aydın şəkildə təqdim edirik, bu 43 kilometrin və Sünikin nə qədər vacib olduğunu anlayırıq. Məqsədimiz yaxın vaxtlarda sülh sazişi imzalamaqdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam