Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Azərbaycan bu Afrika ölkəsinə humanitar yardım edib -FOTO

Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) Keniyada Gənclərin Liderliyi və İnnovasiya Mərkəzinin yaradılması layihəsinə qoşulub.

Yenixeber.org: Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Mərkəz paytaxt Nayrobi şəhərində fəaliyyət göstərəcək.
Layihə gənclərin bacarıqlarının və cəmiyyətdə rolunun artırılması, liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi, uğurlu karyera qurmaları üçün səyləri gücləndirmək məqsədi daşıyır.
İyulun 4-də Mərkəzin təqdimat mərasimi keçirilib. AİDA-nın layihənin maddi-texniki təminatı üçün ayırdığı, iki mərhələdə sərf ediləcək toplam 34 min ABŞ dolları məbləğində maliyyə yardımı Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev tərəfindən Mərkəzə təqdim olunub.
Mərasimdə AİDA ilə Keniya Xüsusi Təlim-Tədris İnstitutu və digər layihə tərəfdaşları arasında niyyət sənədi imzalanıb.
Çıxış edənlər bu humanitar layihədə AİDA-nın iştirakını Azərbaycan və Keniya arasında dinamik inkişaf edən münasibətlərin tərkib hissəsi olaraq qiymətləndirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam