Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Günün xəbəri

Türkiyə və İspaniya birlikdə 300 metrlik nəhəng aviadaşıyıcı gəmi tikəcək

Türkiyə və İspaniya birgə şəkildə uzunluğu 300 metrə çatan superdaşıyıcı hərbi gəmi layihəsinə start verir. Bu barədə hərbi sənaye üzrə ixtisaslaşmış InfoDefensa portalı məlumat yayıb.
Yenixeber.org: Gəmi hər iki ölkənin donanmasına xidmət etmək məqsədi daşıyacaq.

Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün bildirib ki, layihə çərçivəsində ən müasir standartlara cavab verən, katapult buraxılış sistemi və aerofiniş avadanlığı ilə təchiz olunmuş aviadaşıyıcı gəmi hazırlanacaq.

“Biz artıq 2024-cü ildə MUGEM adlı ilk milli aviadaşıyıcı proqramımızı elan etmişdik. Onun uzunluğu təxminən 285 metr olacaq. İndi isə İspaniya ilə əməkdaşlıq çərçivəsində daha böyük, texniki baxımdan daha güclü bir gəmi üzərində işləyirik,” – deyə Görgün vurğulayıb.

Yeni nəsil aviadaşıyıcı gəminin layihələndirmə və tikinti detalları yaxın aylarda ictimaiyyətə açıqlanacaq. Bu əməkdaşlıq Türkiyənin və İspaniyanın müdafiə sənayesində yeni mərhələyə keçdiyinin göstəricisi kimi qiymətləndirilir.(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam