Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Məhərrəm Talıbov və oğlu məhkəməyə verildi -SƏBƏB

Naxçıvan Muxtar Respublikası prokurorunun sabiq müavini Məhərrəm Talıbov və onun oğlu Samir Talıbova qarşı məhkəmə iddiası qaldırılıb. Hazırda iş Naxçıvan Şəhər Məhkəməsinin icraatındadır.
Yenixeber.org: Bu haqda jurnalist Samir Feyruzov FB səhifəsində yazıb: 
Şikayətçilər iddia edirlər ki, M.Talıbov və oğlu fırıldaq yolu ilə bəzi vətəndaşların bahalı əmlaklarını ələ keçiriblər. İddia tələbində görünür ki, şikayətçilər arasında M.Talıbovun yaxın qohumları da var.
Məhkəmədə baxılan işin məzmunundan bəlli olur ki, Talıbovlara bu işdə Naxçıvan MR-in sabiq ədliyyə naziri Daşqın Rəhimov və notariat kontorunun müdiri kimi fəaliyyət göstərmiş Cavid Eyvazov adlı şəxs də yaxından dəstək olub.
Bildirilir ki, bu işlə bağlı Cavid Eyvazov dindirilib və o, sözügedən hərəkətləri sabiq nazir Daşqın Rəhimovun göstərişi əsasında həyata keçirdiyini etiraf edib.
Hazırda M.Talıbovun digər qanunsuz əməlləri ilə bağlı da hüquq-mühafizə orqanlarında araşdırmaların aparıldığı deyilir.
Məlumata görə, M.Talıbov Naxçıvanda tutduğu vəzifədən azad edildikdən sonra Bakı şəhərinə köçüb və hazırda oğlanları ilə birlikdə hakimiyyətdə olduğu dövrdə əldə etdiyi ailə biznesini idarə etməklə məşğuldur. Onun Bakının bir neçə yerində bahalı ticarət obyektləri və mənzilləri mövcuddur. M.Talıbova və ailə üzvlərinə məxsus olan bahalı mülklərlə bağlı da ətraflı məlumat təqdim ediləcək.
Qeyd edim ki, M.Talıbov Naxçıvanın MR Ali Məclisinin sabiq sədri Vasif Talıbovun doğma qardaşıdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam