Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ukraynaya daha 286 milyon dollarlıq hərbi yardım gəlir

Böyük Britaniya Ukraynaya 286 milyon dollarlıq hərbi yardım paketini açıqlayıb
Böyük Britaniya Ukraynaya əlavə olaraq 225 milyon funt-sterlinq (286 milyon ABŞ dolları) məbləğində yeni hərbi yardım paketini açıqlayıb.

Yenixeber.org: Məlumata görə, bu məbləğin 92 milyon funt-sterlinqi ölkənin Hərbi Dəniz Qüvvələrinin hərbi-texniki təchizatı və pilotsuz uçuş aparatlarının tədarükünə yönləndiriləcək. Bununla yanaşı, 68 milyon funt-sterlinq dəyərində hava hücumundan müdafiə sistemləri alınacaq.

Hökumət ümumilikdə 65 milyon funt-sterlinq həcmindəki vəsaiti Ukrayna ordusunun texniki təchizatına dəstək məqsədilə ehtiyat hissələrinin, habelə 1000 ədəd radioelektron mübarizə sistemlərinin əldə olunmasına yönəldəcək.

Krallığın Nazirlər Kabinetindən o da bildirilib ki, ordunun hərbi hazırlığına dəstək davam etdiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam