Çin lideri orduya çağırış etdi -müharibəyə hazır olmağa
Çin Xalq Respublikasının sədri Si Cinpin oktyabrın 18-də Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) raket qoşunları briqadasını ziyarət edərkən hərbçiləri müharibəyə hazırlığı gücləndirməyə çağırıb.
Yenixeber.org: Çin liderinin çıxışı CCTV telekanalının efirində yayımlanıb.
Si Cinpin deyib ki, hərbçilər “müharibəyə hazırlığı hərtərəfli gücləndirməli və qoşunların etibarlı döyüş hazırlığını təmin etməlidirlər”. O həmçinin qeyd edib ki, Çin əsgərləri “öz strateji çəkindirmə və döyüş imkanlarını gücləndirməlidirlər”.
ÇXR sədri müvafiq bəyanatla Çin hərbçilərinin Tayvan yaxınlığında genişmiqyaslı təlimlər keçirməsindən bir neçə gün sonra çıxış edib.