Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Vaqif Həsənovun 70 yaşlı nümayəndəsi saxtakarlıqda peşəkardır -Mükafat da qazanıb...

Ağdam rayon Dördyol deyilən ərazinin icra nümayəndəsi, həmçinin “Tərəqqi” bankın sədri Musa Məmmədov icra başçısı Vaqif Həsənov üçün niyə gülməşəkər olub?

Yenixeber.org: Seçkilər başa çatsa da, seçki saxtakarlığı barədə xəbərlər gəlməkdə davam edir. Ağdamdakı mənbələrimizdən aldığımız məlumata görə rayonun Dördyol deyilən ərazisində yerləşmiş 34 saylı seçki məntəqəsində, digər yerlərdə olduğu kimi total saxtakarlıqlar baş verib. Bu saxtakarlığın başında isə həmin ərazinin icra nümayəndəsi 70 yaşlı Musa Məmmədov dayanıb. Əvvəlla maraqlıdır, rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov bacarıqlı bir gənc kadr tapmırmı ki, 70 yaşında nəvələri, nəticələri ilə oynamalı olan bir şəxs gəlib bülletenlərlə oynayır?

Belə ki, Yenixeber.org-a daxil olan məlumata görə, seçki günü Musa Məmmədov 100 bülleteni ayrı-ayrı tanıdığı şəxslərin hərəsinə 5 ədəd verməklə, qutuya saldırıb. Özü də Seçki Məcəlləsinin müvafiq maddələrini kobud surətdə pozaraq seçki günü Bəxtiyar Əliyevin xeyrinə təbliğat aparıb. Gələn seçicilərə açıq şəkildə deyib ki, Asif Mərziliyə, Şəbnəm Səfərovaya və Azər Qasımova yox, Bəxtiyar Əliyeva səs verin. Onun yol verdiyi bu qanun pozuntusu rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov tərəfindən yüksək qiymətləndirilərək, təşəkkür elan edilib.

Musa Məmmədov bir dövlət məmuru olaraq da, qanunsuzluqla hər gün qol-boyundur. Belə ki, rayonda yerləşən “Tərəqqi” bankın təssiçi və sədridir. Görəsən, məmurun bizneslə məşğul olmasına hansı qanunlar yol verir? Bu qanunsuzluğa illərdir göz yuman Ağdam RİH-in başçısı Vaqif Həsənov ona görə də seçki günü daha ciddi qanun pozuntusuna yol verən Musa Məmmədovu təşəkkürlə mükafatlandırıb və onun gülməşəkər kadrına çevrilib.

Təbliğat-təşviqat dövründə isə, Ağdam RİH-in başçısının birinci  müavini Allahverən Əliyevlə Musa Məmmədov inzibati resurslardan istifadə edərək, namizəd kimi Bəxtiyar Əliyevin görüşünə həm özləri gedib, həm də büdcə təşkilatında işləyən çoxsaylı insanları işdən çıxarmaqla qorxudaraq, bu görüşə cəlb ediblər. Hər hansı dövlət məmurunun seçki dövründə namizədlə bir yerdə görüşə getməsi tam qanunsuzluqdur. Amma buna baxmayaraq, Musa Məmmədov bu qanunsuzluğu yüksək səviyyədə yerinə yetirdiyinə görə yenə RİH-in başçısı Vaqif Həsənov öz gülməşəkər kadrını xalça ilə mükafatlandırmışdır.  

Görünür 70 yaşlı Musa Məmmədov belə saxtakarlıqların və qanunsuzluqların anatomiyasını yaxşı bildiyi üçün V.Həsənov üçün gülməşəkər kadr olub və 70 yaşı olsa da, ondan əl çəkmək istəmir. Görəsən, Preziden cənab İlham Əliyevin “hər bir məmur xalqa xidmət eləməlidir, xalqın birinci xidmətçisi isə mən özüməm” göstərişini başçı kimi Vaqif Həsənov niyə tərsinə başa düşür? Məgər qanunsuzluğa, saxtakarlığa bu qədər açıq-aşkar yol vermək xalqa xidmət etməkdir? Bu, nəinki xalqa xidmət, birbaşa V.Həsənovu bu vəzifəyə təyin edən prezident cənab İlham Əliyevin əleyhinə getməkdir. Görəsən, bu cəsarəti Vaqif Həsənov, birinci müavini Allahverən Əliyev və Musa Məmmədov haradan alıblar? Yəqin ki, araşdırmalar nəticəsində belə kobud qanunsuzluğa və saxtakarlığa yol verərək, dövlətin adına və imicinə kölgə salan hər kəs layiq olduğu cəzasını alacaq.

Elçin Məmmədli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam