Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb – RƏSMİ


Milli Məclisin sabiq sədri və hazırda millət vəkili olan Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədovaya məxsus olan və Rusiyada fəaliyyət göstərən “Arizarum Qrup” şirkətinin (ООО "АРИЗАРУМ ГРУПП" – 7705176856) 2023-cü ildə əldə etdiyi gəlirlər açıqlanıb.
Yenixeber.org: Rusiyanın müvafiq rəsmi qurumlarının açıqladığı məlumatlara görə, “Arizarum Qrup” ötən il 14 milyon 270 min rubl (260 min manat) gəlir əldə edib.

Qeyd edək ki, əvvəlki – 2022-ci illə müqayisdə “Arizarum Qrup”un gəliri 2,5%  artıb. Ümumiyyətlə son 7 ildir “Arizarum Qrup”un gəlirlərində ciddi dəyişiklik olmur:
2017-ci ildə 14 568 000 rubl,
2018-ci ildə 13 984 000 rubl,
2019-cu ildə 13 919 000 rubl,
2020-ci ildə 13 815 000 rubl,
2021-ci ildə 14 045 000 rubl,
2022-ci ildə 13 924 000 rubl,
2023-cü ildə 14 270 000 rubl.
Məlumat üçün bildirək ki, “Arizarum Qrup” 14 yanvar 1998-ci ildən fəaliyyət göstərir. Hüquqi ünvanı Moskva şəhəri, Bakı küçəsi, ev 29-da yerləşən şirkətin yeganə təsisçisi Əsədova Zemfira Adil qızıdır. Şirkətin direktoru isə Nazarova Larisa Aleksandrovnadır. Nizamnamə kapitalı 10 min rubl olan şirkətin restoran sektorunda fəaliyyət göstərdiyi qeyd olunur.
Onu da qeyd edək ki, Oqtay Əsədovun həyat yoldaşı eyni zamanda Nizami rayonunda yerləşən 175 saylı Körpələr evi-uşaq bağçasının müdiri olub.(yeniavaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam