Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

London Yüksək Məhkəməsi deputat Cavanşir Feyziyevlə bağlı qərar qəbul etdi:sənədləri saxtalaşdırması da üzə çıxıb

Londonda deputat Cavanşir Feyziyevin 22 obyekti həbs edildi - FOTO
Dünən London Yüksək Məhkəməsi Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyevlə bağlı qərar qəbul edib.
Yenixeber.org: Bu haqda professor Cəmil Həsənli FB səhifəsində yazıb:
Dünən London Yüksək Məhkəməsi Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyevin Londonda 50 milyon funt sterling dəyərində 22 mülkə qoyulan həbsi qüvvədə saxlayan qərar qəbul edib. Birləşmiş Krallığn TRANSPARENCY INTERNATIONAL təşkilatı Məhkəmənin bu qərarını alqışlayan açıqlama yayıb. Britaniya Milli Cinayətkarlığa Qarşı Mübarizə Agentliyinin şübhələri var ki, bu mülklər Azərbaycandan gizli yollarla çıxarılan “Azərbaycan camaşırxanası” xətti ilə çirkli pullarla alınıb.
İzi azdırmaq üçün saxta Baktelokom vasitəsi ilə ölkənin müdafiə xərclərini də içinə alan oğurluq pullar Polux və Hilux şirkətlərinə çatmaqdan ötrü bütün dünyanı fırlanıb. Diqqət yetirin: Marshall adaları, Hong Kong, Seyşel adaları, Anguilla, İrandiya, Rusiya, Britaniya Vircin adaları, Panama, Müqəddəs Kitts and Nevis və Dominikan Respublikası. Adamda fərasətə bax ha! Azərbaycan vətəndaşlarının rifahını, ölkənin büdcəsini, ərazisi işğal altında olan ölkənin müdafiə xərclərini bax belə at getməz yollarla oğurlayıblar.
Birləşmiş Krallığın Transparency International təşkilatının şöbə müdiri Stiv Qudriç mətbuata açıqlama verib ki, biz məhkəmənin qərarını alqışlayırıq, Britaniya Milli Cinayətkarlığa Qarşı Mübarizə Agentliyinin araşdırmalarında azərbaycanlı deputat Feyziyevin Londonda mübahisə mövzusu olan əmlakının cinayət yolu ilə əldə edilməsinə dair ciddi şübhəli məqamlar var. Qudviç deyib ki, "bu, OCCRP-nin ilk dəfə hələ 2017-ci ildə aşkarladığı Azərbaycan camaşırxanasında milyardlarla dollarlıq çirkli pulların yuyulması əməliyyatının araşdırılması üçün mühüm hadisədir.” O, əlavə edib ki, "Azərbaycan kimi dövlətlərdə vətəndaş cəmiyyətinin və müstəqil KİV-lərin sıxışdırılmasını nəzərə alsaq, Böyük Britaniyaya daxil olan cinayət və korrupsiyadan əldə olunan hər hansı şübhəli gəlirlərin mümkün qədər təqib edilməsi çox vacibdir. Hökumət hüquq-mühafizə orqanlarını iqtisadi cinayətlərin düzgün araşdırılması üçün lazım olan mənbələrlə təmin etməli və İngiltərənin çirkli pulların sığınacağı roluna son qoymalıdır."
Yeri gəlmişkən son məhkəmə araşdırmalarında deputat Cavanşir Feyziyevin sənədləri saxtalaşdırması da üzə çıxıb. Milli Cinayət Agentliyi və Məhkəmə müəyyən edib ki, Feyziyevin məhkəməyə təqdim etdiyi Fransanın “Les Laboratories Servier” adlı əzazçılıq kompaniyası ilə imzaladığı kredit müqaviləsi saxtadır. Fransa Əzazçılıq Kompaniya müqavilənin saxta olmasını təsdiq edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam