ABŞ-ın bu hərbi bazaları yenidən atəşə tutuldu
ABŞ-ın Suriyadakı Koniko yatağındakı, eləcə də İraqın qərbindəki Eyn əl-Əsəd hərbi bazası raket atəşinə tutulub.
Yenixeber.org: Bu barədə “İraqın İslami Müqaviməti” silahlı təşkilatı bəyanat yayıb.
Qeyd edək ki, ABŞ-ın İraq və Suriyadakı hərbi bazaları son vaxtlar dəfələrlə hücuma məruz qalıb və buna görə məsuliyyəti İraqda fəaliyyət göstərən silahlı şiə qrupları öz üzərinə götürüb.