ABŞ bazası raketlərlə vuruldu...
Suriyanın şimal-şərqindəki Şəddadi şəhərində yerləşən ABŞ bazası dörd raketlə vurulub.
Yenmixeber.org: Xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib.
Qeyd edək ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinin əvvəlindən İraqdakı beynəlxalq koalisiyaya rəhbərlik edən ABŞ-ın bazalarına, eləcə də Suriyadakı Amerika hərbçilərinə mütəmadi olaraq hücumlar edilir və məsuliyyəti İraqda fəaliyyət göstərən silahlı şiə qrupları öz üzərinə götürür.("RİA Novosti)