Putinə gözlənilməz Milad hədiyyəsi...
Kiyevə əlavə yardımla bağlı razılığın əldə edilməməsi Rusiya Prezidenti Vladimir Putin və bütün Rusiya rəhbərliyi üçün böyük hədiyyədir.
Yenixeber.org: Bu sözləri Virciniyadan olan amerikalı senator Mark Uorner X səhifəsində ABŞ Konqresinin Ukraynaya yardım və sərhəd təhlükəsizliyi ilə bağlı razılaşma olmadan məzuniyyətə çıxmasına münasibət bildirərkən yazıb.
“Siz bilirsinizmi Milad bayramını kim daha yaxşı qeyd edəcək? Vladimir Putin”, – siyasətçi əlavə edib.
Buna baxmayaraq, senator ABŞ-ın gələn il Kiyevin dəstəklənməsinə dair razılığa gələcəyinə ümid etdiyini bildirib.