Yəməndə səfərbərlik başladı -SƏBƏB
Yəmənin şimalında Qəzza zolağına döyüşçülər göndərmək üçün ümumi səfərbərlik başlayıb.
Yenixeber.org: Bunu “Ənsar Allah” hərəkatının Siyasi Bürosunun üzvü Xuzam Əsəd deyib.
X.Əsəd bildirib ki, Qəzza zolağında Fələstin xalqına dəstək üçün bütün əyalətlərdə ümumi xalq səfərbərliyi elan edilib: "Təlim düşərgələri yaradılıb, on minlərlə gənc könüllü olaraq hərbi vərdişlərə yiyələnir".
Eyni zamanda husi nümayəndəsi qeyd edib ki, Yəmən Respublikası nizami orduya və inkişaf etmiş hərbi potensiala malik olduğundan Şimali Yəmənin hakimiyyət orqanlarının tərəfində hərbi əməliyyatlarda təlim keçən ehtiyatda olan hərbçilərin iştirakına ehtiyac yoxdur.