Putin seçkilərdən danışdı:...rəqabət əsasında keçirilməsi vacibdir
2024-cü il seçkilərinə qədər Rusiyada seçki kampaniyasının rəqabət əsasında keçirilməsi vacibdir.
Yenixeber.org: Bu barədə Rusiya Prezidenti Vladimir Putin deyib.
"Hər şey rəqabət əsasında və Rusiya Federasiyasının qanunlarına tam uyğun olaraq baş verməlidir", - Putin vurğulayıb.
O, fraksiyaların planlarını müzakirə etməyi və ölkənin qarşısında duran problemlərin həlli üçün prioritetlərin nədən ibarət olması barədə danışmağı təklif edib.
“Gəlin indiki şəraitdə prioritet nədir sualına birlikdə cavab tapmağa çalışaq”, - deyə prezident əlavə edib.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2024-cü ilin 17 martına təyin edilib.