İsrail hökuməti HƏMAS hərəkatının döyüşçülərinin gizləndiyi yeraltı tunellər sistemini dəniz suyu ilə doldurmaq imkanını nəzərdən keçirir.
Yenixeber.org: Bu barədə “The Wall Street Journal” Amerika administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, bu, anklavda ekoloji fəlakətə səbəb olacaq və şirin su ilə bağlı vəziyyəti daha da pisləşdirə bilər.
Bildirilib ki, noyabrın ortalarında İsrail Müdafiə Qüvvələri Əl-Şati qaçqın düşərgəsi yaxınlığında beş nasos stansiyasının quraşdırılmasını başa çatdırıb. Qurğular bir neçə həftə ərzində Aralıq dənizindən suyu çəkib tunelləri doldurmağa qadirdir.
İsrail hakimiyyəti hələlik belə bir addımla bağlı yekun qərar verməyib.
Nəşr qeyd edir ki, bəzi keçmiş Amerika rəsmiləri belə bir tədbirin Bayden və onun administrasiyasını çətin vəziyyətə sala biləcəyinə inanır. Üstəlik, tunelləri su basması üçün lazım olan müddətdə orada gizlənən silahlılar onları tərk edə biləcəklər.