Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Köçəryanın ailəsi prokurorluğa çağırılıb -SƏBƏB

Köçəryan və ailəsinin əmlakı əlindən alınır 

Ermənistanın ikinci prezidenti Robert Köçəryan və onun ailə üzvləri avqustun 1-də “qanunsuz yolla əldə edilmiş əmlak” işi bağlı Baş Prokurorluğa çağırılıblar.

Yenixeber.org: Robert Köçəryanın kiçik gəlini, müğənni Siruşo baş verənlərə münasibət bildirib.

“Ardıcıl 5 ildir ki, mənə problem yaratmağa, haqqımda mənfi fikir formalaşdırmağa, işlərimə qarışmağa çalışırlar, bu günlərdə də vəziyyət belədir. Məndə artıq immunitet formalaşıb, buna biganə yanaşıram. Mən işimi davam etdirəcəm və həmişə olduğu kimi izləyicimlə əlaqəni saxlayacağam” - deyə Siruşo İnstaqram səhifəsində yazıb.

Xatırladaq ki, Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin 13 iyul 2023-cü il tarixli qərarı ilə Baş Prokurorluğun ərizəsi əsasında Robert Köçəryanın və onunla bağlı olan 7 nəfərin (ailə üzvləri - həyat yoldaşı, uşaqları, həyat yoldaşları) əmlakı üzərinə həbs qoyulub.

Ermənistan Baş Prokurorluğu İrəvanda Kentron rayonunun inzibati binalarındakı 20 ədəd daşınmaz əmlakın, 2 nəqliyyat vasitəsinin, 18 xarici və Ermənistan şirkətində payların, 1,5 milyon dollar dəyərində əmanət və qiymətli kağızların, həmçinin 22 milyard dramın (56 milyon 695 milyon dollar) müsadirə edilməsində israrlıdır.(“Sputnik Armenia”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam