Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

Rusiya ordusu "Vaqner"lə döyüşür? -AÇIQLAMA

2023/06/1687235871.jpg   

İyunun 23-də axşam saatlarında "Vaqner"i sahibi Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyi rəhbərliyinin əmri ilə helikopterlərdən muzdluların düşərgələrinə raket zərbəsi endirildiyini bildirib.

Yenixeber.org: Bu barədə muzdluların teleqram kanalında məlumat yayılıb.

O iddia edib ki, çoxlu sayda ölən var və indi sıra "Vaqner"dədir. Priqojin qeyd edib ki, müdafiə naziri "Vaqner"in məhv edilməsi əməliyyatını həyata keçirmək üçün xüsusi olaraq Rostova gəlib.

"Oğlanlarımızı məhv edənlər, on minlərlə rus əsgərinin həyatını məhv edənlər cəzalarını alacaqlar. Xahiş edirəm, heç kim müqavimət göstərməsin", - o deyib.

Priqojin vətənpərvər rusları küçələrə çıxmağa səsləyib: "Bu gecə Rusiyanın şərəfini ləkələyən satqınların, cinayətkarların məsələsini həll edəcəyik. Onların adları Şoyqu, Gerasimovdur. Şoyqu Qızıl meydanında asılacaq",

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti bəyan edib ki, sosial şəbəkələrdə Yevgeni Priqojinin adından yayılan bütün mesajlar həqiqətə uyğun deyil və informasiya təxribatıdır.

Bunun ardınca Milli Antiterror Komitəsi məlumat yayıb ki, Yevgeni Priqojinin bəyanatları ilə əlaqədar "silahlı üsyana çağırış faktı üzrə cinayət işi açılıb”. Əlavə edilib ki, "Vaqner" rəhbərinin “adından yayılan” iddiaların heç bir əsası yoxdur.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinə Yevgeni Priqojin və Rusiya Müdafiə Nazirliyi ilə bağlı vəziyyət barədə məlumat verilib. Kreml sözçüsü təfərrüatları açıqlamadan əlavə edib ki, tədbirlər görülür.

Xatırladaq ki, günün əvvəlində Priqojin Rusiya Müdafiə Nazirliyinin rəhbərliyini sərt tənqid edib:

“Müharibə lazım idi... Şoyqunun marşal ola bilməsi üçün... ikinci “Rusiya Qəhrəmanı” medalını ala bilməsi üçün. Müharibə Ukraynanı demilitarizasiya və ya denazifikasiya etmək üçün lazım deyildi”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam