Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Elçin Sadıqov barədə intizam icraatı başlanıldı

elcin-sadiqov-barede-intizam-icraati-baslanildi

Tanınmış vəkil Elçin Sadıqov barəsində Vəkillər Kollegiyası tərəfindən intizam icraatı başlanılıb.

Yenixeber.org: Bu barədə Elçin Sadıqov özü məlumat yayıb. Vəkil onunla bağlı jurnalist Eynulla Fətullayevin şikayət etdiyini bildirib. 

Məsələ ilə bağlı Vəkillər Kollegiyasından sorğumuza cavab olaraq bildirilib ki, intizam icraatının başlanması üçün əsas E. Fətullayevin müraciəti və E. Sadıqovun özünün publik qaydada verdiyi açıqlama olub.

Qeyd edək ki, ötən ilin sentyabrın 10-da Baş Prokurorluq tərəfindən saxlanılan E.Sadıqov barəsində Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə cinayət işi başlanıb. Binəqədi Rayon Məhkəmənin qərarı ilə haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib. O, sonradan ev dustaqlığına buraxılıb, cinayət işi ayrıca icraata götürülüb.

E.Sadıqov vəkili olduğu iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət alınaraq jurnalist Əvəz Zeynallıya verilməsində vasitəçilik etməkdə ittiham olunur.(“Qafqazino”)

Sail Ağasəlim


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam