Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Milyonçuların Rusiyadan “böyük köçü”... -8500 Rusiya milyonçusu hara üz tutub?

Yenixeber.org: Böyük Britaniyanın “Henley & Partners” konsaltinq şirkətinin son hesabatında belə deyilir.

Hesabatda qeyd olunur ki, ölkəni bir ildə tərk edən milyonçuların sayına görə Rusiya yalnız Çindən geri qalır. Çini ötən il 10.400 milyonçu tərk edib. Nəzərə alsaq ki, Çində milyonçuların sayı Rusiyadakından qat-qat çoxdur, o zaman məlum olar ki, faiz etibarilə Rusiyanı daha çox milyionçu tərk edib.

Ancaq “Henley & Partners” bildirir ki, proqnozlara görə ötən il Rusiyanı azı 15 min milyonçu tərk etməli idi. Lakin Kremlin qoyduğu məhdudiyyətlər, eləcə də Qərbin Rusiyadan kənarda rusiyalılara ağır sanksiyalar tətbiq etməsi, onların bank hesablarında və müxtəlif ölkələrə giriş-çıxışında yaradılan problemlər Rusiyanı tərk etmək istəyən varlıların sayına ciddi təsir göstərib. Onların çoxu Rusiyadan getmək istəsələr də, bunu edə bilmirlər.

Hesabatda o da bildirilir ki, öz ölkələrini tərk edən milyonçuları ən çox cəlb edən dövlətlər Avstraliya, BƏƏ və Sinqapurdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam