Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Xoşbulaq kəndinin sakinləri zorlanmaqla təhdid olunduqlarını bildirirlər -TƏFƏRRÜAT

Yenixeber.org: Daşkəsən rayonunun Xoşbulaq kəndinin bir qrup sakini yerli polis tərəfindən saxlanılıb, avtomobillərə mindirilərək DİN-in rayon idarəsinə gətirilib. Orada polis saxlanılan kişiləri döyüb, işgəncə verib, Xoşbulaq sakinləri Bəylər Eyyubova məxsus dağlıq ərazilərdə heyvan otarmağa, digər kənd təsərrüfatı işləri ilə məşğul olmağa davam etsələr, zorlamaqla, qohumlarını işdən qovmaqla təhdid edib, deyə kəndlilər bildirib.

General-polkovnik Bəylər Eyyubov Azərbaycan Respublikası Təhlükəsizlik Xidmətinin rəisi, Azərbaycan Respublikası Xüsusi Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin birinci müavinidir. 

Saxlanılanlardan biri - İkinci Qarabağ müharibəsinin veteranı Ruzi Bağırov bildirib ki, Xoşbulaq kəndi ətrafındakı ərazi dövlət məmurlarına satılıb. Bununla əlaqədar sakinlər Bakıda məmurlarla görüşüblər, amma kəndlilərə qarşı zorakılıq davam edir. Bütün torpaq sahələri alınıb, kəndlilər və mal-qara məmurların tutduğu torpaqlarda görüldükdə sakinlər həbs olunur. B.Eyyubovun bacısı Xoşbulaq kəndində villa tikib, yüzlərlə hektar torpaq sahəsi tutulub, sakinlərin mal-qara otaracaq, məhsul yetişdirəcək yeri yoxdur, deyə Bağırov bildirib.

"Polis bölməsində məni və digərlərini döyüblər, əlimdə polis bölməsində qırılan sümüklərimi əks etdirən rentgen görüntüsü var, ayda 250-300 manata xadimə, mühafizəçi işləyən doğmalarımızı işdən qovmaqla təhdid edirlər. Saxlanılanlar sərbəst buraxıldıqdan sonra guya polisə müqavimət göstərdiklərinə görə 50 manat cərimə olunub. Biz öz torpaqlarımızdan qazanc əldə etməyimizə imkan verməyi tələb edirik, başqa qazanc yolumuz yoxdur", deyə o bildirib.

Digər sakinlərin sözlərinə görə, Xoşbulaq kəndinin torpaqları Daşkəsən rayon İH başçısı Əhəd Əbiyev tərəfindən alınıb. O, torpaqları qoyun sürüləri olan Bakı məmurlarına satır, bu qoyunlar kəndlilərin girişi qadağan edilmiş sahələrdə otarılır.

Daşkəsən rayon İH-də növbətçi telefon sorğularımıza cavab olaraq bildirib ki, İH-nin polisin işi ilə əlaqəsi yoxdur. Daşkəsən RDİİ-də növbətçi zabit vətəndaşların döyülməsi, onlara qarşı hər hansı zorakılıq haqqında məlumatı təkzib edib. "Daşkəsən rayon polisində insanlara bir çırtma belə vurula bilməz", deyə o bildirib.(Turan.az)

Yenixeber.org olaraq yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam