Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Əhməd Obalı vəhşicəsinə döyülüb -FOTO

      “Baş nahiyəsindən və gözlərindən çox ciddi zədə alıb”

Yenixeber.org: Əl və ayaqlarını hiss etmir, baş nahiyəsindən və gözlərindən çox ciddi zədə alıb. Bu haqda Əhməd Obalının qardaşı məlumat yayıb.

ABŞ-da mühacir həyatı yaşayan güneyli milli fəal, Güney Azərbaycan Televiziyasının (Günaz.TV) qurucusu və rəhbəri Əhməd Obalı vəhşicəsinə döyülüb. Obalı Azərbaycandan ABŞ-a qayıtdıqdan bir gün sonra baş verib.

"Əhməd bəy Kaliforniya ştatında hoteldə sayı bilinməyən şəxslərin terror hücumuna məruz qalıb. Hazırda durumu orta-ağırdır. Hücum nəticəsində Əhməd Obalının bütün bədəni ciddi zədə alıb, boynu, sağ əlinin bütün barmaqları sındırılıb, gözləri ciddi zərbə alıb. Qollarını və ayaqlarını hiss etmir. İnşallah ayağa qalxandan sonra hadisə ilə bağlı detallı bilgiləri özündən eşidəcəyik", – deyə mühacirin qardaşı Araz Obalı APA-ya bildirib.

Araz Obalı bildirib ki, hadisə ilə bağlı araşdırma davam edir.

Obalı onu da əlavə edib ki, polis hücumu həyata keçirənlərin həbs olunduğunu bildirib, ancaq onların sayı barədə məlumat verilməyib.

Qardaşı hazırda xəstəxanada olan Əhməd Obalının son durumu barədə də danışıb.

Qardaşı Əhməd bəyin vəziyyətinin qənaətbəxş olduğunu deyib: "Həyati təhlükəsi yoxdur. Ümumi diaqnoz ondan ibarətdir ki, sağ əlinin barmaqları qırılıb. Əl və ayaqlarını hiss etmir, baş nahiyəsindən və gözlərindən çox ciddi zədə alıb. Fikrimizcə, boynunu sındırmağa cəhd ediblər".

Əhməd Obalı ABŞ-da vəhşicəsinə döyülüb: “Əl və ayaqlarını hiss etmir” -


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam