Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

"İlk addım Güney Azərbaycanın azadlığıdır" -"Şah tərəfdarlarının planı baş tutmadı..."

Yenixeber.org: Nümayişçilər polis məntəqələrinə və avtomobillərinə od vurub. Eyni zamanda təhlükəsizlik qüvvələrinə, ictimai polis rolunu oynayan "Bəsic" təşkilatının üzvlərinə də hücumlar edilir.

Sentyabrın 21-də İran hökuməti ölkədən informasiya axınını dayandırmaq üçün İnterneti məhdudlaşdırmağa başlayıb.

Londondan yerləşən "NetBlocks" internetə nəzarət qurumu bildirir ki, İran 2019-cu ilin zorakı noyabr etirazlarından bəri ən sərt internet məhdudiyyətlərinə məruz qalıb. O zaman benzinin qəfil bahalanması böyük etirazlara səbəb olmuşdu.

Sosial media istifadəçilərinin yaydığı məlumata görə, hökumət "Instagram" şəbəkəsini və WhatsApp mesajlaşma alətini bloklayıb. Beynəlxalq sosial media platformaları da bloklanmaya məruz qalır. Jurnalistlər, digərləri Telegram, Twitter, YouTube, Facebook-a çıxış üçün VPN-lərdən istifadə etməli olur.

Qeyd edək ki, etiraz aksiyaları artıq Güney Azərbaycan şəhərlərinə yayılıb. Küçələrə çıxan narazı insanlar islam inqilabı liderlərinin, dövlət rəhbərlərinin portretlərini yandırıb.

Güney Azərbaycan Televiziyasının qurucusu və rəhbəri Əhməd Obalı“Prime TV Azerbaijan”a müsahibəsində İranda baş verən hadisələri şərh edib. O bildirib ki, əvvəlki aksiyalardan fərqli olaraq artıq 5-ci gündür ki, narazılıq davam edir: “Tehran, İsfahan, Kirman, Şiraz şəhərlərində izdihamlı aksiyalar baş tutub. Güney Azərbaycan şəhərlərində Təbriz, Ərdəbil, Urmuda, kiçik şəhərlərdə etiraz eyləmləri keçirilir. Məhsa Əmini məsələsindən öncə icitmai rəyi öyrənilmişdi. Ölkə əhalisinin 70 faizi etiraz aksiyalarına çıxmağa hazır olduğunu bildirmişdi. Məhsa Əmini əxlaq polisi tərəfindən öldürüldükdən sonra bu narazılıq çılpaqlığı ilə ortaya çıxdı”.

Son zamanlar xaricdə fəaliyyət göstərən İran müxalifləri fəallaşıb. Özəlliklə 1979-cu ildə devrilmiş şahın oğlu Rza Pəhləvi ölkə əhalisinə müraciət edib, aksiyaları davam etdirməyə çağırıb. Onların planı nədir?

Əhməd Obalı bildirib ki, şahçıların İranda baş verən hadisələrlə bağlı planı başa tutmayıb: “Özəlliklə şahçıların planı yerlə-yeksan oldu, tutmadı. Hadisələr başlanan gün-bazar günü şahın Amerikada yaşayan oğlu bəyanat verdi. Dedi ki, ay millət, gedin, Məhsa Əminiyə evdə yas tutun, əzadarlıq edin. Kürd təşkilatları dedi ki, işə getməyin, tətil edin. Amma xalq onların sözünə əməl etmədi. Əksinə şahçılara qarşı daha aqressiv yazılar yazıldı ki, milləti üsyana çağırmaqdansa, deyirsiz gedin, əzadarlıq edin".

Günaz.TV-nin rəhbəri bildirib ki, Güney Azərbaycan milli təşkilatlarının baş verən hadisələrlə bağlı mövqeyi dəqiq və aydındır: “Milli təşkilatlar arasında ümumi xəttdə xırda istisnalarla ciddi bir ixtilaf yoxdur. Hamı etirazları dəstəkləyir, aksiyalarda milli şüarların səslənməsini istəyir.

Milli təşkilatların birgə bəyanatında da 4 əsas nöqtə var.

Birinci, milli dövlətçilyin qurulması tələbidir.

İkincisi odur ki, aksiyalarda Urmu gölü ilə bağlı şüarlar səsləndirilməlidir.

Üçüncü qadın hüquqlarının müdafiəsidir.

Dördüncü tələb odur ki, bu rejim bütövlükdə getməlidir. Bu, əslində Azərbaycan türklərinin tələbidir”.

Əhməd Obalı Güney Milli Hərəkatının hədəflərinə də toxunub:“Millətimiz milli dövlətçiliyin qurulmasını istəyir. Hərəkatımız azadlıq hərəkatıdır. Milli dövlətçilik əsas şərtdir. Bunun əsas şərti isə istiqlaldır. Sonra quzeylə bütövləşməyə doğru getməliyik”.

Günaz.TV-nin rəhbəri bildirib ki, bu gün Güney Azərbaycan Milli Hərəaktının de-fakto rəhbəri Abbas Lisanidir: “O bunu öz mübarizəsi ilə qazanıb. Hazırda o, həbsdərir. Xaricdə fəaliyyət göstərən insanlarımız var. Millət əsas xəttə baxmalıdır. Biz istəklərimizdən geri durmamalıyıq. Biz Turana, Bütöv Azərbaycandan sonra çata bilərik. İlk addım Güney Azərbaycanın azadlığı, sonra bütöv Azərbaycanın qurulması əsas hədəfdir”.

"Azpolitika"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam