Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Paşinyan “Nemezis” abidəsinin açılmasından danışdı:"Yanlış qərar verilib və bu qərarın icrası da yanlış olub”

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin paytaxtı İrəvanda “Nemezis” silsilə terror əməliyyatlarına həsr olunan abidənin açılması barədə qərarı doğru saymır.

Yenixeber.org: Bu barədə siyasətçi “Azatutyun”a (“Azadlıq Radiosu”) müsahibəsində bildirib.

Baş nazirin sözlərinə, bu barədə qərarı hökumət yox, şəhər rəhbərliyi verib və onun həyata keçirilməsi düzgün deyil:

“Bu qərarı hökumət verməyib və demokratiyanın çatışmazlıqlarından biri odur ki, hökumət və ya hökumət başçısı heç də hər şeyə, hər kəsə nəzarət etmir. Mənim fikrimi bilmək istəyirsinizsə, o zaman hesab edirəm ki, yanlış qərar verilib və bu qərarın icrası da yanlış olub”.

Eyni zamanda hökumət başçısı bu hadisənin emosional fonda baş verdiyinə diqqət çəkib.

Xatırladaq ki, “Nemezis” Daşnaksütyun Partiyasının keçirdiyi terror aksiyasıdır. Aksiyanın məqsədi “erməni soyqırımı”nı və Bakıda 1918-ci ilin sentyabrında erməni əhalisinin guya qırğınını təşkil etmiş şəxslərdən qisas alınması olub. Əməliyyat çərçivəsində qətlə yetirilən şəxslərin arasında həm Osmanlı imperiyasının, həm də Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş rəhbərləri var olub. Əməliyyatın adı, qədim yunan intiqam ilahəsi Nemezidanın adından götürülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam