Finlandiya ABŞ-la öz ərazisində Amerika hərbi bazalarının yerləşdirilməsinə icazə verəcək saziş hazırlayır.
Yenixeber.org: Bu barədə “Helsingin Sanomat” Finlandiya Xarici İşlər Nazirliyinin siyasi departamentinin rəis müavini Mikael Antellə istinadən xəbər yayıb.
Müqavilənin detalları hələ müəyyən edilməyib. Bundan əlavə, sazişdə nüvə silahlarına təsir etməyəcəyi qeyd olunub.
“Ən əsası, saziş bütün təhlükəsizlik vəziyyətlərində, eləcə də qısa müddətdə ABŞ ilə fasiləsiz əməkdaşlığı təmin edəcək”, - deyə Mikael Antellə qeyd edib.