Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

TÜRKPA-dan YENİ XƏBƏR -Qoşulmama Hərəkatına müraciət

Qoşulmama Hərəkatı TÜRKPA-da müşahidəçi oldu

Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 12-ci plenar iclasında təşkilatın Qoşulmama Hərəkatı Parlament Şəbəkəsində müşahidəçi statusu alması ilə bağlı müraciət edilməsi məsələsi nəzərdən keçirilib və dəstəklənib. 

Yenixeber.org: Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, plenar iclasda həmçinin Parlament Şəbəkəsinin TÜRKPA-da müşahidəçi statusu əldə etməsi ilə bağlı müraciətinə də baxılıb. Müraciət müsbət qiymətləndirilib və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə TÜRKPA-da müşahidəçi statusu verilib.

Milli Məclisin və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova çıxışında qeyd edib ki, TÜRKPA-nın beynəlxalq əlaqələrinin genişlənməsi təqdirəlayiqdir.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Milli Məclisinin hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə TÜRKPA arasında cari ilin fevral ayında imzalanmış əməkdaşlığa dair anlaşma memorandumu, həmçinin müşahidəçilik əsasında gələcək qarşılıqlı fəaliyyət TÜRKPA-nın beynəlxalq əlaqələrinin daha da güclənməsinə xidmət edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam