Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Rusiyanın ÖLÜMCÜL SİLAHI Ukraynada-Putin İLK DƏFƏ bu riskə getdi

Rusiya Ukraynanın mövqelərini atəşə tutmaq üçün yeni T-14 Armata döyüş tanklarından istifadə etməyə başlayıb.

Yenixeber.org:  Bu barədə "Al Jazeera" məlumat yayıb.

Xəbərdə tankların hələ birbaşa hücum əməliyyatlarında iştirak etmədiyi qeyd olunub.

Saatda 80 kilometr maksimum sürətə malik T-14 tankları ilk dəfə 2015-ci ildə təqdim edilib. Rusiya mətbuatının yazdığına görə, Kreml 2020-ci ilə qədər 2300 tank istehsal etmək barədə tapşırıq verib, lakin sonradan bu müddət 2025-ci ilə qədər uzadılıb.

Yanvarda Britaniya hərbi kəşfiyyatı bildirmişdi ki, Ukraynadakı Rusiya qüvvələri “zəif vəziyyətdə” olduqlarına görə tankların ilk tranşını qəbul etmək istəmirlər.

Bundan əlavə, T-14-ün müharibədə iştirakının Rusiya üçün böyük ehtimalla “yüksək riskli bir qərar” olacağı və bu qərarın ilk növbədə təbliğat məqsədi ilə alındığı vurğulanmışdı.

Qeyd edək ki, hərbi analitiklərin sözlərinə görə, Ukrayna ordusu işğal başlayandan bəri ilk dəfə Dnepr çayını keçib və əsgərlər Rusiyanın işğal etdiyi ərazilərin dərinliklərində əks-hücumlara başlamaq üçün mövqe tutublar. Ukraynanın çayın şərq sahilinə doğru irəliləməsi ilə bağlı iddialar Rusiyanın Xerson vilayətində qoşunların qismən çıxarılması xəbərindən bir neçə gün sonra yayılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam