Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

İsrail Prezidenti Azərbaycana gələcək

İsrail Prezidenti Azərbaycana GƏLİR

Xəbər verdiyimiz kimi, martın 27-də Azərbaycanın İsraildəki ilk səfiri Muxtar Məmmədov etimadnaməsini İsrail Prezidenti İsxak Herzoqa təqdim edib.

Yenixeber.org: Bu haqda İsrailin "Jerusalem Post" qəzeti məlumat yayıb.

Qəzet bildirib ki, səfirin etimadnaməsini təqdim etməsi 15 gün gecikib. Muxtar Məmmədov etimadnaməsini daha tez təqdim etməli idi, ancaq İsraildə məhkəmə islahatına qarşı etirazlar səbəbindən proses gecikib.

Məqalədə qeyd olunub ki, Muxtar Məmmədov təkcə ölkəsinin İsraildəki ilk səfiri deyil, həm də əksəriyyəti şiə olan müsəlman ölkənin ilk səfiridir.

"Diplomatın keçmiş vəzifəsi təhsil nazirinin müavini olub. Amma onun əsl ixtisası beynəlxalq münasibətlərdir, o, Bakı Dövlət Universiteti və Xəzər Universitetini bitirib. O, həmçinin Avropa Kollecində Avropaşünaslıq üzrə magistr dərəcəsinə malikdir. Ana dili ilə yanaşı ingilis və fransız dillərini də bilir", - qəzet yazıb.

Hersoq Azərbaycanın zəngin və füsunkar tarixinin həvəskarı olduğunu və bu il nə vaxtsa Azərbaycana ziyarət etməyi planlaşdırdığını bildirib. Prezident Azərbaycana nə vaxt səfər edəcəyini açıqlamayıb.

Məqalədə vurğulanıb ki, Azərbaycanın xarici işlər naziri Cayhun Bayramovun bu həftə İsrailə səfər edəcəyi və cümə axşamı Hersoqla görüşü gözlənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam