Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

“Euronews.com”:“Azərbaycan mühüm turizm ilinə hazırlaşır”

 

Azərbaycan mühüm turizm ilinə hazırlaşır.

Yenixeber.org: Bu, “Euronews.com”da Almaniyanın paytaxtı Berlində keçirilən, dünyanın ən böyük səyahət yarmarkalarından biri olan ITB sərgisi ilə bağlı məqalədə qeyd olunub.

Məqalədə vurğulanır ki, Avropaya yeni hava yollarının açılması, viza rejiminin sadələşdirilməsi milyonlarla səyahətçiyə bu ölkənin füsunkar mənzərələrindən zövq almağa imkan verəcək. İndi Azərbaycana gəlmək daha asandır.

Azərbaycan Turizm Bürosunun (ATB) baş icraçı direktoru Florian Zenqstşmid ölkəmizin sənayesini dinamik və aktiv xarakterizə edib. "Ölkəmizin biomüxtəlifliyi ilə çox fəxr edirik", - o vurğulayıb: "Burda o qədər müxtəlif landşaftlar, o qədər iqlim qurşaqları var! Son illər bir çox layihələrə start vermişik, zəngin təcrübə qazanmışıq, yeni otellər açmışıq".

Peşəkarlar iqtisadiyyat, səhiyyə və geosiyasət sahəsində xəbərləri yaxından izləməyə davam etməklə 2023-cü ilin Azərbaycanda məhsuldar və dinamik olacağına ümid edirlər.

Qeyd edək ki, Berlində keçirilən ITB sərgisi dünyanın ən böyük səyahət yarmarkalarından biridir. Dünyanın hər yerindən peşəkarlar öz təyinatlarını tanıtmaq və təcrübə mübadiləsi aparmaq üçün buraya gəlirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam