Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Cozef Baydenin evində yeni məxfi sənədlər aşkarlanıb

ABŞ Prezidenti Cozef Baydenin Delaver ştatının Uilminqton şəhərindəki şəxsi evində yeni məxfi sənədlər tapılıb.

Yenixeber.org: Bu barədə dövlət başçısının hüquq məsələləri üzrə xüsusi müşaviri Riçard Sauber bildirib.

“Məxfi məlumatlara çıxışım olduğu üçün prezidentin şəxsi vəkilinin aşkar etdiyi sənədlərin Ədliyyə Departamentinə təqdim edilməsinə kömək üçün Uilminqtona getdim. Əlavə edilmiş materiallar arasında məxfi hesab olunan daha beş səhifəlik sənəd aşkarlanıb”, - Sauber deyib.

Qeyd edək ki, Vaşinqtonda Ağ Evin hazırkı rəhbəri ilə əlaqəli beyin mərkəzinin binasında Cozef Baydenin vitse-prezident olduğu dövrə aid olan gizli sənədlər tapılıb.

Öz növbəsində Nümayəndələr Palatasında respublikaçılar Prezident Cozef Baydeni vitse-prezident olduğu vaxtda məxfi sənədləri oğurlamaqda ittiham edirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam