Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

ABŞ-dan növbəti Qarabağ açıqlaması -RƏSMİ

ABŞ Dövlət Departamentindən Qarabağ AÇIQLAMASI

Birləşmiş Ştatlar öz tərəfdaşları ilə birlikdə Azərbaycan və Ermənistan arasında birbaşa dialoq və Qarabağ münaqişəsi ilə bağlı məsələlərin həlli istiqamətində səylərini davam etdirir.
Yenixeber.org: Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinq zamanı deyib.Onun sözlərinə görə, ABŞ Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyin təşviqinə sadiqdir.
“Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün mövcud problemlərin həlli yollarını tapmaq üçün Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun təşviqi istiqamətində Avropa İttifaqı kimi həmfikir tərəfdaşlarla, eləcə də ATƏT kimi beynəlxalq təşkilatlarla ikitərəfli əməkdaşlığı davam etdiririk”, - Prays bildirib

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi dövlət katibi Entoni Blinkenin Ermənistan və Azərbaycandan olan həmkarları arasında Vaşinqton və Nyu-Yorkda təşkil etdiyi görüşləri xatırladıb.

“Biz əlbəttə ki, tərəflərin özlərinin irəliləyiş əldə etmələrini istəyirik. Bu münaqişənin hərtərəfli həllinin nə olacağı bizim qərarımız deyil. Bu, tərəflərin özlərinin etməli olduğu ağır işdir”, - Dövlət Departamentinin sözçüsü bildirib.Ned Prays yekun həllə nail olmaq üçün tərəflərlə işləməyə davam edəcəklərini bir daha vurğulayıb:“Biz tərəfdaşlarımız vasitəsilə ikitərəfli və üçtərəfli səviyyələrdəmünaqişə tərəflərilə yaxından işləməyə davam edəcəyik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam