Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Bu prezidentə 10 gün vaxt verildi -hökuməti qurmaq üçün

İsrail prezidenti Netanyahuya 10 gün vaxt verdi
İsrail prezidenti İsxak Hersoq "Likud" partiyasının lideri Benyamin Netanyahuya yeni hökuməti qurmaq üçün verilən müddəti 10 gün uzadıb. Bu barədə “Jerusalem Post” məlumat yayıb.
Yenixeber.org: "Hökumət qurmaq vəzifəsini yerinə yetirmək üçün son müddəti 10 gün uzatmaq qərarına gəldim", - İsxak Hersoq bildirib. Prezidentin sözlərinə görə, yeni hökumət hörmətli və məsuliyyətli dialoqu davam etdirməlidir.

Qeyd edək ki, dekabrın 9-da baş nazir postuna namizəd Benyamin Netanyahu mandatının iki həftə uzadılmasını istəyib.

Noyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində partiyası birinci yeri qazanan Netanyahu bu mandatı noyabrın 13-də prezidentdən alıb. Ona verilən mandat dekabrın 11-də başa çatıb. Əgər əlavə 10 gün ərzində də hökuməti formalaşdıra və parlamentdə onun tərkibini təsdiq edə bilməsə, prezident bu işi başqa namizədə həvalə edə bilər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam