Oktyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Praqada dördtərəfli görüşün keçirilməsi nəzərdə tutulur.
Yenixeber.org: Bu barədə diplomatik mənbələr məlumat yayıb.
Qeyd edək ki, oktyabrın 6-da Praqada Avropa Siyasi Birliyi liderlərinin görüşü keçiriləcək.