Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

SOS: Bu ölkədə əhaliyə nüvə əleyhinə həblər paylanır

Ukraynada nüvə fəlakətinə hazırlıq: Əhaliyə həblər paylanır

Ötən həftə Rusiya prezidenti Vladimir Putinin nüvə hədəsindən sonra Ukrayna hakimiyyəti nüvə fəlakətinə hazırlıq məqsədilə xalqa yod həbləri paylamağa başlayıb. 

Yenixeber.org: Paytaxt Kiyevdə Rusiyanın mümkün nüvə hücumuna hazırlıq məqsədilə evakuasiya mərkəzlərinə kalium yod həbləri paylanmağa başlayıb.

Kalium yod həblərinin nüvə radiasiyasına məruz qalmadan dərhal əvvəl və ya dərhal sonra qəbul edildiyi təqdirdə, tiroid bezi tərəfindən zərərli radiasiyanın udulmasının qarşısını almağa kömək etdiyi deyilir.

Kiyev şəhər şurasının bəyanatında bildirilir ki, evakuasiyaya ehtiyac yaranarsa, həblər nüvə radiasiyasından zərər çəkmiş rayon sakinlərinə paylanacaq.

Məlumata görə, Rusiya ordusunun Ukraynadakı son məğlubiyyəti Putinin Ukraynanı ram etmək üçün dağıdıcı nüvə zərbəsinə əl atacağı ilə bağlı qorxuları artırıb.

Avropa İttifaqı Rusiyanın Ukraynaya müdaxiləsindən və Zaporojya Atom Elektrik Stansiyasını ələ keçirdikdən sonra baş verə biləcək nüvə fəlakəti ilə əlaqədar Ukraynaya 5,5 milyon kalium yodid həb göndərdiyini açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam