Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Putin bu tarixdə müharibəni dayandıra bilər

  Rusiya prezidenti Vladimir Putin Yeni il qabağı elan edə bilər ki, Ukraynada "xüsusi əməliyyat" başa çatıb.

Yenixeber.org: Bu barədə Türkiyə mətbuatında dərc olunan məqalədə qeyd edilib.
Bildirilib ki, Putin bu qərarı elan edərkən Kremlin yalnız Ukraynadan qoparılaraq Rusiyaya birləşdirilən əraziləri müdafiə edəcəyini söyləyə bilər.

Türkiyəli analitik Erkan Altparmak qeyd edib ki, Qərb ölkələri Yeni ildən əvvəl Moskva ilə birbaşa dialoqa başlaya və Kiyevi danışıqlara başlamağa sövq edə bilərlər.

“Hesab edirəm ki, vəziyyətin normallaşması çox tez, yaxın iki-üç ay ərzində başlaya bilər. Hazırda Qərbin və Kiyevin hərəkətləri çox önəmlidir. İstər sülh, istərsə də qeyri-sabitlik, bu, həmişə diqqətdə saxlanılmalıdır”.

Lakin indidən Ukraynanın Putinin bu qərarı ilə razılaşacağı şübhə doğurur. Söhbət Donbass, Xerson, Zaporojye vilayətlərinin, Krım yarımadasının işğalı ilə barışmaqdan gedir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam