Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Ter-Petrosyan erməni müxalifətini belə vurdu

Ermənistan cəmiyyəti eks-prezident Ter-Petrosyanın İctimai Televiziyanın efirində səsləndirdiyi fikirləri müzakirə etməkdədir.
Yenixeber.org: Ter-Petrosyanın "Bizi çətin, ağrılı və heç birimizin ürəyinə yatmayacaq qərarlar gözləyir. Azərbaycan və Türkiyə ilə müqavilələr imzalanmalıdırb. Başqa yol yoxdur. Əgər heç bir sənəd imzalanmazsa, barışığa gəlinməzsə, Ermənistan yenidən dövlət quruculuğuna başlamalı olacaq” deməsi və üstəlik də hamını baş nazir Paşinyanla birlik nümayiş etdirməyə çağırması müxalifəti hiddətləndirib.

Eks-prezidentin açıqlamasından sonra müxalifətə inam bir az da sarsılıb.

Ermənistanın müxalifyönlü "Hraparak" qəzeti yazır ki, Ter-Petrosyan bir zərbə ilə bütün tərəddüdlü insanları iqtidaryönlüyə çevirdi və müxalifətə güclü zərbə endirdi.

“Aydındır ki, Ter-Petrosyanın çıxışı hadisələri müstəqil təhlil etmək qabiliyyətinə malik olmayan, eks-prezidentin zəkasının danılmaz olduğunu düşünən hər kəsə böyük təsir göstərəcək”, - deyə qəzetin analitikləri bildiriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam